Elmar Vəliyevdən Kamal Abdullaya sayğısızlıq
20-08-2014, 09:30
Oxunub: 4 461
Kamal Abdulla E.Vəliyevin bu davranışı ilə bağlı Prezident Administrasiyası rəhbərliyinə şikayət edib
Gəncənin icra başçısı şəhərə səfər edən dövlət müşaviri ilə görüşməyib; prezidentin geniş səlahiyyətlər verdiyi müşavir buna sərt etiraz edib və Prezident Administrasiyasının rəhbərliyinə narazılığını bildirib
Söhbət ondan gedir ki, bir qədər əvvəl rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə olunub. Komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan prezidenti yanında Bilik Fondu ( K.Abdulla bu qurumun rəhbərliyində təmsil olunur) ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcək. Ümumi nəzarət isə müşavir K.Abdullaya tapşırılıb. Komissiya sədrləri də birbaşa ona tabe olacaq. Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.
K.Abdulla bölgələrə səfərlərini də bu yeni səlahiyyətləri çərçivəsində həyata keçirir, icra başçıları ilə müzakirələr aparır.
Gəncəyə səfəri zamanı isə icra hakimiyyətinin başçısı Elmar Vəliyev onunla görüşməyib və dövlət müşavirinin iştirakı ilə keçirilən tədbirə birinci müavinini göndərib. K.Abdulla isə bunu sayğısızlıq kimi qəbul edərək tədbiri yarımçıq tərk etmək istəyib. İcra başçısının birinci müavini və digər şəxslər ona minnətçi düşərək tədbirdə sonadək iştiraka razı sala biliblər. Amma hətta K.Abdullanın bu cür açıq etirazından sonra belə E.Vəliyev onunla görüşməyib. K.Abdulla tədbir bitən kimi bir daha bu məsələyə öz etirazını bildirib və dərhal Gəncəni tərk edib.

Məlumatı verən mənbə bildirir ki, Kamal Abdulla E.Vəliyevin bu davranışı ilə bağlı Prezident Administrasiyası rəhbərliyinə şikayət edib. O, dövlət müşavirinə qarşı belə bir sayğısızlığın yolverilməz olduğunu bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər