Metroda gedişhaqqı 50 qəpik olacaq
20-08-2014, 09:55
Oxunub: 3 971
Zaur Hüseynov fransızlarla müqavilə bağladı
“Bakı Metropoliteni” QSC ilə Fransanın “THALES SA” arasında müqavilə imzalanıb. Bu barədə məlumatı aznews.az-a "QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, imzalanan ilk müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub: “İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə olan Avtovağzal və Memar Əcəmi-2 (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək. Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəemə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər ös əksini tapıb”.
N.Paşayev əlavə edib ki, yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan faktorunun minimuma endirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC ilə Fransanın daha iki “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, şirkəti ilə müqavilə bağlanması nəzərdə tutulur.
Xatırladaq ki, bu ilin mayın 11-də Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləriylə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.
Jam.az hələ bir müddət əvvəl bununla bağlı məlumat yayaraq bildirmişdi ki, Bakı Metropoliteni farnsızların ixtiyarına veriləcək. Eynu zamanda, metropolitendə gediş haqqı da bahaladılacaq. Həmin vaxt əlimizdə olan məlumatlarda deyilirdi ki, gediş haqları 50 qəpiyə qaldırıla bilər. Qeyd edək ki, o zaman metropoliten rəhbərliyi israrla bu məlumatlarə təkzib edirdi. Onlar fransızlarla müaqavilə bağlamayacaqlarını və gediş haqqını artırmayacaqlarınl vurğulayırdılar. Üzərindən bir neçə ay keçəndən sonra müaqvilə ortaya çıxdı. Yəqin ki, yaxın vaxtlar üçün qiymət də 50 qəpik olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər