Eldar Quliyevin Universitetində qanunsuz tələbə qəbulu olunur?
20-08-2014, 15:25
Oxunub: 3 923
Eldar Quliyevin Universitetində qeyri-leqal tələbə qəbulu sövdələşməsi - Rektor yarım milyonluq qazanca ümidlidir
Redaksiyamıza Azərbaycan Kooperasiya Universitetindəki özbaşınalıqlarla bağlı ilginc məlumatlar daxil olub. Qeyri-leqal tələbə qəbulu prosesində ciddi ünvanlardan biri kimi tanınan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev bu qəbul imtahanları sezonunda da ciddi «fəaliyyətə» imza atmağı düşünür.
Bu barədə məlumatlı mənbə dia.az-ın elektron ünvanına maraqlı informasiyalar yollayıb. Xəbərdə deyilir: «Eldar Quliyev indidən imtahandan kəsilənlərlə sövdələşməyə gedib. Onun bu işi icra edən xüsusi adamları var. Burada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının da bəzi əməkdaşları ortaq hərəkət edirlər. Eyni zamanda təhsil nazirliyindən də işbaz qruplar prosesə cəlb olunublar. Təxminən 30-a yaxın abituriyentin qanuensuz olaraq AKU-ya qəbulu nəzərdə tutulub».
AKU-ya hər bir abituriyentin qeyri-leqal yolla qəbulu üçün 15 min manat pul istənilir: «Bu da o deməkdir ki, 30 tələbə yri üçün 450 manatlıq qazanc var. Təbii ki, ortadakı araçılar bu məbləğin də üstünə öz paylarını əlavə edirlər. TQDK və təhsil nazirliyindəki işbazları çıxdıqda rektor Eldar Quliyevə yarım milyon dollarlıq «xeyir» qalır».
Onu da bildirək ki, redaksiyamıza AKU-ya qəbul prosesinin dəllarları ilə bağlı da ilginc məlumatlar ötürülüb.
Qarşı tərəfi də dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər