Ziya Məmmədovun qoçuları polisi də döydülər
20-08-2014, 18:10
Oxunub: 3 561
Nəqliyyat Nazirliyi Nəqliyyat Departamentinin əməkdaşları polis əməkdaşını döyüblər
Bu məlumat Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilib.Xəbərə görə, Nəqliyyat Departamentinin Ruslan adlı əməkdaşı avqustun 19-da saat 21:20 radələrində paytaxtın M.Həsənov küçəsi, 1 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Mehdiyev Aqil Nurəddin oğlunu döyüb.A.Mehdiyev Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin əməkdaşı, polis serjantıdır. Amma Ziya Məmmədovun nəqliyyatçı qoçusu bunu bilməyib. Çünki A.Mehdiyev döyülən vaxt mülki geyimdə olub. Döyülən polis əməkdaşı baş vermiş insident barədə dərhal 102 xidmətini məlumatlandırıb.
Bununla belə Nəqliyyat Departamentinin Ruslan adlı əməkdaşının şəxsiyyəti hələ tamam aydınlaşdırılmayıb. Bu istiqamətdə araşdırmalar davam edir. Polis bölməsindən bildiriblər ki, olay bütün xırdalıqlarına qədər araşdırılacaq və günahkar cəzalandırılacaq.
Yada salaq ki, mətbuatın bu mövzunu dəfələrlə gündəmə gətirməyinə və diqqət mərkəzində saxlamağına baxmayaraq Nəqliyyat Nazirliyi əməkdaşlarının özbaşınalığı dayanmır. Onlar hələ də sürücüləri, sıravi vətəndaşları saxlayaraq onları döyür, incidir. Cəzası qalmalarından sui-istifadə edən Nəqliyyat Nazirliyinin müfəttişi bu günlərdə daha bir sürücünü saxlayıb döymüşdü. Həmin sürücü də DİN əməkdaşı idi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər