İcra başçısı yolu niyə bağlayıb?
21-08-2014, 10:55
Oxunub: 3 815
Biz yol problemindən əziyyət çəkirik
Suraxanı rayonu, AB massivi 42-ci binanın sakinləri “qafqazinfo”ya şikayət məktubu göndərib. Sakinlər rayon icra hakimiyyətinin başçısı İlqar Abbasova müraciət edərək 4 aydır ki bağlı olan 72 mənzilli binanın yollarının açılmasını tələb edirlər.
Belə ki, İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun göstərişi ilə binanın yaxınlığında yerləşən 262 saylı uşaq bağçasının bir neçə müddətdir ki təmirinə başlanılıb
“Bununla əlaqədar bağçanın ətrafı dəmir barmaqlıqlarla əhatə olunub. Bu barmaqlıqlar 42-ci binanın yolunu tamamilə bağlayıb. Binaya uyğun olmayan yerdən keçid izni verilib. İcazə verilən keçid heç vaxt yol olaraq istifadə edilməyib”.
Sakinlər qeyd edir ki, binanın əsas yolu 10 il əvvəl 275 saylı məktəbin yanından olduğu üçün təhlükəsizlik məqsədilə bağlanıb: “İndi də bağçanın həyətində olan yolu bağlayıblar. Biz yol problemindən əziyyət çəkirik. Məsələnin tez zamanda həll edilməsini istəyirik”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər