BolgeXeber.Com » Gündəm » Maştağadakı Ruhi Əsəb Dispanserinin baş həkimi xəstənin pensiyasını mənimsəyir

Maştağadakı Ruhi Əsəb Dispanserinin baş həkimi xəstənin pensiyasını mənimsəyir

22-08-2014, 09:55
Oxunub: 4 070 1-ildir ki, atamın pensiyasını Şəhanə həkim alıb mənimsəyir ,bundan başqa hər ay bizdən müalicə pulu alır

Ucar rayon sakini Əhmədov Hüseyn Canpolad oğlu Bolgexeber.com-a göndərdiyivə səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı müraciətində Səhiyyə Nazirliyi 1 saylı Ruhi Əsəb Dispanserində baş verən açıq-aşkar korrupsiyadan, özbaşınalıqdan şikayət edir. Məktubu olduğu kimi təqdim edirik:
Ucar rayonu S. Vurğun küçəsi ev 21- sakini Əhmədov Hüseyn Canpolad oğlu tərəfindən
M Ü R A C İ Ə T
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 saylı Ruhi Əsəb Dispanserində açıq-aşkar korrupsiya, özbaşınalıq, soyğunçuluq baş alıb ğedir ki,bunun qarşısını alan yoxdur.Mənim atam Əhmədov Canpolad Ağali oğlu 1 ildir ki ,1 saylı Maştağa Ruhi Əsəb Dispanserində Narkalogiya şöbəsində müalicə olunur,özü də 1-ci qrup əlildir.Həmin şöbənin Şəhanə adlı baş həkimi atamın pensiya kartını götürüb indiyə qədər pensiyasını alıb mənimsəmişdir.Bundan başqa biz hər ay Şəhanə həkimə istədiyi pulu vermişik ki,atamı yaxşı müalicə etsin.Biz elə bilmişik ki,bu belə olmalıdır, xəstənin təqaüdünü müalicə həkimi almalıdır.Bizə məlum olandan sonraki bu qanunsuzluqdu aldanmışıq, 20.08.2014-cü il tarixdə Şahanə həkimdən atmın pensiya kartını istədikdə o,səs-küy saldı dedi bu qanundur ruhi xəstənin pensiyasını baş həkim almalıdır.Qeyd edim ki.1-ildir ki, atamın pensiyasını Şəhanə həkim alıb mənimsəyir ,bundan başqa hər ay bizdən müalicə pulu alır ,Şahanə həkim indiyədək bizi soyub.Mən bu qanunsuzluq,cinayət faktı ilə əlaqədar bütün aidiyyatı orqanlara Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ,Səhiyyə Naziri Oqtay Şirəliyevə ,Ombudsmana həm yazılı,həm də qaynar xəttlərlə zəng edib şikayət etmişəm. Oqtay Şirəliyevin tabeçiliyində baş alıb gedən açıq-aşkar soyğunçuluqdan məlumatı yoxdusa bilsin və qanunu tədbir görsün. Mən bilirəm ki ,bizim şikayətlərimizdən sonra atamın həyatı təhlükədə olacaq .Buna görə də mətbuat vasitəsi ilə də Prezidentə ,Baş Prokurora,Səhiyyə Naziri Oqtay Şirəliyevə ,Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Rəisinə və Ombudsmana müraciət edib xahiş edirəm bizə kömək edin,korrupsiyaya qurşanmış 1 saylı Ruhi Əsəb Dispanserinin Şəhanə adlı həkimi barədə qanunu tədbirlər görəsiniz…”
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com