BolgeXeber.Com » Gündəm » Əlikram Əliyev mədəniyyət sahəsinibərbad duruma salıb

Əlikram Əliyev mədəniyyət sahəsinibərbad duruma salıb

22-08-2014, 16:00
Oxunub: 3 729 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan yerli mədəniyyət və turizm idarələrinin fəaliyyəti qənaətbəxş deyil. Bunu yerlərdəki mədəniyyət evlərinin, teatrların, muzeylərin və bəzi turizm obyektlərinin baxımsız qalmasına əsasən demək olar. Həm rayonlardakı, həm də paytaxtdakı mədəniyyət evləri demək olar ki, yararsız haldadır. Hər il bu idarələrə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır.

Lakin bəzi məmurların tamahı ucbatından dövlətin ayırdığı vəsait mənimsənilir. Bu məmurların sırasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyev də var. İdarə müdirinin qanunsuz əməlləri, idarədə törətdiyi özbaşınalıqları vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əlikram Əliyevin qeyri-qanuni əməlləri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində də dözülməz vəziyyət yaradıb. Bu barədə idarədə çalışanlar məlumat veriblər. Verilən məlumatda bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində özbaşınalıq halları və yeyinti faktları mövcuddur. Şikayətçilər bildirirlər ki, Bakı Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət evlərinin təmirə ehtiyacı var. Neçə ildir ki, dövlət büdcəsindən həmin obyektlərin təmirinə vəsait ayrılsa da, heç bir iş görülməyib. Diqqətsizlik ucbatından yararsız hala düşüb. Paytaxtdakı bir sıra muzeylərin, mədəniyyət evlərinin, kitabxanaların konstruksiyası bərbad vəziyyətdədir. Onların əsaslı təmirə ehtiyacı var. Əks halda bir neçə ildən sonra bu müəssisələri yerində görmək mümkünsüz olacaq. O baxımdan mədəniyyət evlərinə dövlət tərəfindən ayrılan vəsaitlər lazımi yerlərə sərf olunmalıdır. Bundan başqa digər ölkələrdən turist kimi təşrif buyuranların hesabına hər il külli miqdarda vəsait toplanır. Əldə etdiyimiz məlumata görə, Əlikram Əliyev hətta bu vəsaitin də arxasına keçib. Bundan başqa, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin işçilərindən az qala hər ay müxtəlif bəhanələrlə pul yığılır. Məhz elə bu səbəbdən də Əlikram Əliyevin rəhbərlik etdiyi qurumda tətbiq edilən bir sıra "qayda"lar artıq işçiləri təngə gətirib. Çünki cəmi 150-200 manat əməkhaqqı alan işçilərdən hər ay müxtəlif bəhanə ilə pul tələb olunur ki, bu da mədəniyyət işçilərinin canını boğazına yığıb. Əlikram Əliyevə gəlincə, o, ümumiyyətlə, işçilərlə hesablaşmır, onları saymır. Bu isə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarının haqlı narazılığına səbəb olur. İdarənin əməkdaşları məsələ ilə bağlı bir neçə dəfə Mədədiyyət və Turizm Nazirliyinə müraciət etsələr də, hələ ki, Əlikram Əliyev barəsində heç bir tədbir görülməyib. Bununla yanaşı, hazırda paytaxt Bakıda fəaliyyət göstərən mehmanxanaların, həmçinin turizm təşkilatlarının əksəriyyəti Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tənqid hədəfinə çevrilməmək üçün Əlikram Əliyevlə "yola getmək" məcburiyyətindədirlər. Odur ki, bir sıra turizm təşkilatının rəhbərliyi demək olar ki, ayda bir dəfə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə "hesabat" verirlər. Elə buna görə də onların fəaliyyətinə heç bir maneçilik törədən, müdaxilə edən olmur.

Maraqlıdır ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev nəyə görə buna öz münasibətini bildirmir? Əbülfəs müəllim nə qədər ki, susacaq, məsələ bir az da qəlizləşəcək.
gundelik-baku