Polis atası evlənməyə icazə ala bilmədiyi üçün özünü asıb - (Yenilənib)
23-08-2014, 10:45
Oxunub: 3 765
“Meyid çürüyüb və iylənib"
Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun intihar etdiyi məlum olub”, - deyə Qax Rayon Prokurorluğunun müstəntiqi İlqar Səfərov bildirib.
Bir müddət əvvəl həyat yoldaşı rəhmətə gedən Leonid Papiaşvili yenidən evlənmək istəyib. Lakin onun övladları buna razı olmayıblar. Kişi özünü öldürəcəyini desə də, heç kəs ona fikir verməyib.
* * *10:55
Qax rayonunda üç uşaq atasının meyiti asılmış vəziyyətdə aşkar edilib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə avqust ayının 22-də rayonun Qaxbaş kəndində qeydə alınıb. Qaxbaş kənd sakini, 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçin meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılmış vəziyyətdə qonşuları tərəfindən aşkar olunub. Rayon hüquq-mühafizə orqanları işçilərinin hadisə yerində apardıqları ilkin araşdırma zamanı məlum olub ki, rayonda taksiçiliklə məşğul olan, tək yaşayan L. Papiaşvili üç gün əvvəl intihar edib. L. Papiaşvili son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib. Məlumatda o da bildirilir ki, mərhumun iki qızı, bir oğlu var. Mərhumun oğlu hazırda qonşu Gürcüstan Respublikasında polis orqanında işləyir, qızları isə Qax rayonunda ərdədirlər. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər