Binəqədi sakinləri “Azəryolservis” ASC-ə qarşı etiraza qalxdılar - VİDEO
24-08-2014, 10:00
Oxunub: 3 402
İndi evləri sökülən insanların yeganə ümidi ölkə başçısının çıxaracağı qərara qalıb
Bakının Binəqədi rayonu, Yusifzadə küçəsi 114 ünvanda, Çermet körpüsünün yaxınlığında yaşayan sakinlər evlərinin sökülməsi müqabilində onlara veriləcək konpensasiyanın azlığından narazıdırlar.
Sakinlərin sözlərinə görə, “Azəryolservis” ASC-nin işçiləri heç bir əsas olmadan evləri sökürlər və ev sahiblərinə mənzilin hər kvadratmetrinə görə 900 manat təklif edilir.
Sakinlər isə bu pulla normal bir mənzil ala bilməyəcəklərini deyirlər.
Əhalinin narazılığına baxmayaraq, artıq söküntü işlərinə başlanıb, etiraz edənlər polislər vasitəsilə evdən zorla çıxarılır. Bir neçə gündür ki, ev sahibləri ilə “Azəryolservis” əməkdaşları arasında gərginlik yaşanır.
Evdən çıxmaq istəməyənlərin mənzilini, yaşayış olmasına baxmayaraq, onların başlarına uçururlar. Sakinlər əşyalarını belə evlərdən çıxara bilməyiblər, evləri sökülən insanlara külli miqdarda maddi ziyan dəyib.
Sakinlərdən Babək Allahverdiyev “Azəryolservis” ASC-nin işçiləri ilə mübahisə edərkən yol verilən haqsızlığa dözməyərək özünü doğrayıb.
İndi evləri sökülən insanların yeganə ümidi ölkə başçısının çıxaracağı qərara qalıb. Sakinlər mənzillərinin hər kvadrat metrinə görə ən azı 1500 manat konpensasiya tələb edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər