Alla Puqaçovadan Putinə açıq məktub: "Olmaz!"
25-08-2014, 09:20
Oxunub: 2 829
Puqaçova qeyd edir ki, Makareviç bu mükafatları Rusiya xalqından yaradıcılığına görə alıb, siyasi fəaliyyətinə görə deyil
Primadonna Alla Puqaçova Andrey Makareviçi dəstələyərək Prezident Vladimir Putinə açıq məktub göndərib və musiqiçinin düşdüyü duruma diqqət yetirməyi xahiş edib.
Axar.az rus mətbuatına istinadən bildirir ki, A.Puqaçovanın fikrincə, Makareviçin Ukrayna hadisələri barədə öz fikrini söyləməyə tam haqqı var. Bunun üçün mətbuat və siyasi xadimlərin onu mühakimə etməyə ixtiyarları yoxdur, ələlxüsus da mükafatlardan məhrum etməyə.
Puqaçovanın dövlət başçısına müraciətini digər tanınmış şəxslər, daha dəqiqi isə Liya Axeddjakova, Anna Tereşkova, İrina Proxova da dəstəkləyiblər. Müraciətin müəllifi sıxışdırılan musiqiçini Nobel mükafatını qəbul etməyə razılıq verdiyi üçün təqib olunan Boris Pasternakla müqayisə edib. Primadonnanın fikrincə, Makareviç sovet qoşunlarının Əfqanıstana yeridilməsi əleyhinə çıxan alim Andrey Saxarovun durumuna düşüb. Şoumen Maksim Qalkinin həyat yoldaşı xatırladır ki, siyasət və yaradıcılığı qarışdırmaq olmaz, hətta ictimai rəyin əksinə olsa belə, öz mövqeyini bildirdyi üçün mükafatlardan məhrum etmək heç olmaz.
Puqaçova qeyd edir ki, Makareviç bu mükafatları Rusiya xalqından yaradıcılığına görə alıb, siyasi fəaliyyətinə görə deyil.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər