BolgeXeber.Com » Gündəm » BDYP-nin baş leytenantının qanunsuz əməlləri-Şikayət

BDYP-nin baş leytenantının qanunsuz əməlləri-Şikayət

25-08-2014, 15:55
Oxunub: 3 720 Yol polis işçisinin anası nazirlikdə çalışır

Baş Dövlət Yol Polisinin 9-cu tağımında işləyən baş leytenant Anar Mansurov haqqında tənqidi yazıdan sonra, çox keçmədən ünvanımıza ilginc xəbərlər daxil oldu.Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, sən demə, Qazax şəhər poliklinikasının həkimi Mirzə Rzayevin idarə etdiyi 35 BC 654 dövlət nömrə nişanlı “Mersedes” markalı maşınını kəmərə görə saxladıb cərimə yazan Anar Mansurov, daxili işlər nazirliyində çevik polis alayının kadrlar şöbəsinin rəis müavini Esmira Şükürovanın oğludur. Bu barədə əlaqədar adamlarla sorğu apararkən onu da öyrənə bildik ki, Esmira xanım uzun müddətdir bu vəzifədə işləyir. Dogürdan da, xanım zabit nəinki oğlunu, hətta xeyli sayda qohum-əqrabasını polis orqanlarına işə düzəldə bilib. Biz heç də bu məsələyə pis baxmırıq, adam var ki, sistemdə işləmək üçün “burnunun ucu göynəyir”, lakin nail ola bilmir. Adam da var ki, polis orqanlarına layiq olmadığı halda, adamının hesabına bu orqana işə düzələ bilir.
Mənbə bildirir ki,BDYP-nin 9-cu tağımının rəisi, polis kapitanı Xalid Ələkbərovun hələlik reaksiyazızlığı isə onunla izah edilir ki, tabeçiliyində çalışan Anar Mansurovun nazirlikdəki dayağına görə, ona gücü çatmaz. Yəni, tağım komandiri durduğu yerdə yerinə su salmaz. Doğrudur, o, general Ramiz Zeynalovun qeyd etdiyi kimi vətəndaşlara xidmət etməli olduğu halda, bu məsələdə xidmətdən çəkilməyə məcburdur. Onu da qeyd edək ki, elə Xaliq Ələkbərovun özü də dayaqsız adam deyil. Belə ki, ötən il Ağstafa rayonunun ərazisindəki Qırılı yol polis məntəqəsində Malik adlı yol polis zabitinə güllənin dəyməsi, nəticədə Xaliq Ələkbərovun “sudan quru çıxması” deyilənləri təsdiq edir. Belə çıxır ki, kimlərinsə hesabına yol polisi vəzifəsinə düzələnlər sıravi vətəndaşları necə gəldi təhqir və nöqsanı oldu-olmadı cərimə edə bilərlər. Dəfələrlə aparılan müşahidələr göstərir ki, yol polisləri çox nadir hallarda “avtoşları” saxlaya bilirlər. Təbii ki, imkansız insanların özləri və balaları heç vaxt qorxusundan “avtoşluq” edə bilməzlər. Belə işləri törədənlər yalnız harınlamış məmurların övladlarıdır. Onlara da yol polis işçilərinin gücü çatmır.
Əlqərəz... BDYP-nin 9-cu tağımının baş inspektoru, polis baş leytenatı Anar Mansurovun həkim Mirzə Rzayev haqqında yazdığı protokoldan deyil, həmin vaxt həkimin yanından kəmərsiz keçən 50-60 ədəd maşının sürücülərinin “onların da nə üçün cərimələnməməsi haqqında” verdiyi suala kobud aldığı cavab və polis baş leytenantının nəzakətsiz davranışı barədə bir sıra aidiyyəti orqanlara şikayət ərizəsi göndərilmişdir.
P.S. Deyilənləri mənbənin elektron poçtumuza göndərdiyi materiala əsasən qələmə ala bildik. Həkim Mirzə Rzayevin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polisininn rəisi Ramiz Zeynalova ünvanlanmış şikayət ərizələrindən müvafiq cavab aldıqdan sonra, mövzuyua qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
İlham Hacalı
Bolgexeber.com