Elmar Qasimova yeni vəzifə verildi
17-11-2011, 01:55
Oxunub: 6 030

Təhsil nazirinin sabiq müavini Elmar Qasımov yeni vəzifəyə təyin olunub.
Qeyd edək ki, Elmar Qasımov sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı ilə təhsil nazirinin müavini postundan azad edilib. Baş nazir Artur Rasizadənin noyabrın 3-də imzaladığı qərarla isə E.Qasımov Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılıb. Dünən isə sabiq nazir müavinini Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən azad ediblər.
Modern.az-ın məlumatına görə, yeni vəzifəsində Elmar Qasımov Təhsil Nazirliyində olduğu kimi, xaricdə təhsil məsələlərini kurasiya edəcək.
E.Qasımov yeni vəzifə ilə işə ARDNŞ-də başlayıb. O, ARDNŞ-in vitse-prezidentinin müavini postuna təyinat alıb. Bu postda E.Qasımov ARDN-in Təhsil Proqramı üzrə xaricdə təhsil məsələlərini də kurasiya edəcək.
Sayt xəbəri dəqiqləşdirmək üçün ARDNŞ ilə əlaqə saxlayıb. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən də belə bir məlumat eşitmişəm. Amma bu təyinata dair əmrlə tanış deyiləm. Ona görə də məlumatı təkzib və ya təsdiq edə bilmərəm”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər