ETSN ağacları kəsən şirkəti 120 min manat cərimələdi
26-08-2014, 10:50
Oxunub: 3 892
Ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin “Miraj” korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub.
Faktla bağlı “Miraj” korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120000 manat məbləğində cərimə edilib.
Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər