Şəkidə “Rabitəbank”ın 3 milyon manat müəmması və qəsd sirri
26-08-2014, 13:50
Oxunub: 3 540
Şəki filialının rəhbəri Namiqin özünə qəsd etməsi sir olaraq qalır
2009-cu ilin martında Rabitəbankın Şəki fililaının rəhbəri Namiq adlı şəxs müəmmalı şəkildə intihar edib. Özünü asaraq həyatına qəsd etmiş filial rəhbəri xaraktercə pessimist biri də olmayıb. Hətta o, özünü ölderməmişdən əvvəl uşaqlarını məktəbə yola salıb. Amma…
Bolgexeber.com- xəbər verir ki, hadisə baş verən günlərdə Bakıdan gələn yoxlamalar bankda araşdırma aparırmışlar. Elə bu araşdırmanın da qəsdə səbəb ola biləcəyi ehtimal edilirdi. Çünki sonradan külli miqdarda pulun mənimsənilməsi faktı ortaya çıxır.
Verilən məlumatda iddia edilir ki, Namiq adlı filial rəhbəri ölümündən əvvəl cibinə səbəbkarın adı yazılmış kağız qoyubmuş. Hətta Baş Prokurorluqdan gəlmiş müstəntiqlər işi təfsilatı ilə yoxladıqda, məhz müəmmalı məbləğ və onun törətdiyi fəsad ortaya çıxır.
Bolgexeber.com-a verilən məlumatda deyilir ki, “Rabitəbank”ın Şəki fililalında aparılan araşdırmalar zamanı məlum olub ki, Namiq adlı bank müdiri 3 milyon manatı başqa məqsədlər üçün xərcləyib. Əslində isə intihar etmiş filial rəhbəri bu pulu özü üçün deyil, tamam başqa adam və maraqlar üçün götürərərk, deyilən adama verilib. Vurğulanır ki, qeyd olunan məbləği alan adı naməlum şəxs işin qarışıq olduğunu görərək, onu geri qaytarmaq istəyir. Sözügedən adamın isə kiçik biri olmadığı iddiası var.
Nəhayət, “Rabitəbank”ın Şəki filialında 3 milyon manat müəmması hələ də davam edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər