BolgeXeber.Com » Gündəm » Kəlbəcər ziyalıları təhsil şöbəsinin sabiq müdiri əleyhinə toplantı keçirdilər
Kəlbəcər ziyalıları təhsil şöbəsinin sabiq müdiri əleyhinə toplantı keçirdilər
26-08-2014, 14:25
Oxunub: 4 074
Məhəmməd Bağırovun Kəlbəcərin ziyalılarını hədəfə alması hiddətlə qarşılanıb
"Kəlbəcər Ziyalılar Cəmiyyəti" rayonun təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun rayon camaatına qarşı atmış olduğu addımlarla bağlı yaranmış son durumdan narahatçılıq keçirir.
Cəmiyyətdən moderator.az-a daxil olan məlumata görə, qurumun sədri İmamverdi Cəfərovun rəhbərliyi ilə dünən keçirilən toplantıda keçmiş təhsil şöbə müdirinin son vaxtlar rayonun təhsil ictimaiyyəti arasında gərginlik, intriqa yaratması cəhdləri qınanılıb və onun bu cür davranışının bütövlükdə kəlbəcərlilər arasında narazılıqla qarşılandığı qeyd olunub.
Eyni zamanda məhz onun şikayəti və qondarma ittihamları əsasında 11 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Ərşad İbrahimlinin də həbsi Kəlbəcər camaatı arasında ciddi etirazla qarşılanıb və bu addım kəlbəcərliyə yaraşmayan, o camaatn adına, qüruruna ləkə gətirən bir addım kimi qəbul edilib.
Bundan başqa son vaxtlar Məhəmməd Bağırovun Kəlbəcərin ziyalılarını hədəfə alması, rayon camaatına köməklik göstərən xeyirxah insanlara qarşı bəzi mətbu orqanlarda həqiqətə uyğun olmayan sifarişli, qərəz və böhtan xarakterli yazılar yazdırması da hiddətlə qarşılanıb.
Məhz bu cür yolverilməz davranışlarına görə onun rayon əhalisi arasında ictimai qınaq hədəfinə çevrilməsinə haqq qazandırılıb və buna görə məsuliyyətin ancaq səbəbkarın öz üzərinə düşdüyü vurğulanıb.
İmamverdi Cəfərovun bildirdiyinə görə o Məhəmməd Bağırovu cəmiyyətin toplantısına dəvət etsə də, o bundan imtina edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər