BolgeXeber.Com » Gündəm » “Star Karqo”dan ilginc fırıldaq

“Star Karqo”dan ilginc fırıldaq

27-08-2014, 10:30
Oxunub: 7 712 “Star Karqo”nun fırıldağı son zamanlar vətəndaşları daha çox hiddətləndirir.Beləki,Türkiyə tərəfindən karqoya rəhbərlik edən Əli və Ayhan adlı şəxslər Azərbaycan vətəndaşlarını aldadaraq,onların vətəndaşlıq hüququnu heçə saymaq bir tərəfə,fırıldaqdan istifadə edərək,onların malını mənimsəyəcək qədər irəli getməkdədirlər.
Hətta adını açıqlamadığımız bir nəfər tanınmış siyadətçilərdən birinin başına da eyni hadisəni gətiriblər.
Fırıldaq necə baş verir və bunlar necə bu şəkildə insanların hüquqlarını tapdalayirlar,arxasında nələr və kimlər dayanır,bundan sonrakı məqalədə isə bu məsələlərə və hüquqi tərəflərinə qayıdacağıq.

Doğrudur,başqa karqolarda da eyni hallara rast gəlinir,ancaq maşenniklikdə “Star karqo” ilk sıralarda yer alır.Əvvəlcə müştəriyə yalandan bir qiymət deyilir.
Müştəri də yol haqqını nəzərə alaraq,malı almağa qərar verir.Sonra müştəri tələb edir ki,çatanda nə qədər pul verəcəyimə aid bir sənəd verin.Cavabında isə, “malı təhvil aldığınız zaman biləcəksiniz” deyilir.
Məsələn, “Əgər mebelin kubunu neçəyə Türkiyədən Azərbaycana aparmaq olar” dedikdə,430 dollar,yumşaq mebelin isə 330 doollar deyilir.Malı təhvil alan müştəriyə isə iki qat pul oxunur.Müştəri dəhşətə gəlir.Səbəbini soruşduqda isə,”bizə sərf edəni kubla,sərf etməyəni isə kilo ilə hesablayırıq” deyilir.

“Nə də olsa,Azərbaycanda bizə kim nə edə bilər” deyə düşünən “Star Karqo” sahibləri Azərbaycan tərəfindən də yekələrlə işlədikləri üçün,vətəndaşı istədiyi kimi ayaqlaya biləcəyi qənaətindədir.
Məlum olur ki,qurulu gələn mebeli kubla,sökülmüş halda gələni isə kilo ilə hesabladıqlarını müştəridən gizlətməklə yanaşı,mallara çatdırma haqqında əvvəlcədən müqavilə imzalamamaqla,malları mənimsəmə kimi iyrənc bir yola baş vururlar.Araşdırmamızda o da məlum olur ki,”Star Karqo”nun başında Kürşad adlı şəxs dayanır.

Azərbaycan tərəfindən isə məsul şəxslərin vətəndaşları bu şəkildə incitmələrinə görə kimlər olduğu ictimaiyyətə açıqlanacaqdır.Bununla bağlı vətəndaşlar, aidiyyatı olan hüquqi orqanlara müraciət etməyə və “Star Karqo”nun rəhbəri və əməkdaşlarına cinayət işi açılmasına görə müraciətə hazırlaşırlar.

Korrupsiyaya qarşı Mübarizə İdarəsindən adını açıqlamayan qaynağın bildirdiyinə görə,bu vəziyyətlə məhkəmə orqanları məşğul olur.Ancaq,fəal vətəndaşlar var ki,xaricdəki əlaqələrindən istifadə edərək,bir başa məsələni ölkə prezidentinə çatdıracaqları qənaətinə gəliblər.

Əlbəttə,tanınmış və şərəfli bir imicə sahib siyasətçilərdən birinə belə fırıldaq gələn karqo,indi görün,hüququnu bilməyən vətəndaşlara necə davranır və hegemonluq edir.

Ardı var...

Redaksiyadan: Qarşı tərfindəmövqeini dərc etməyə hazırıq.