Sumqayıtda sahibkarın etirazı gözlənilir - Narazılıq
27-08-2014, 14:30
Oxunub: 4 299
Xəzər Mirzəyevi bir ildir aldadan «Karvan»ın rəhbərliyi ona nə yer verir, nə də vəd etdikləri yeni ticarət mərkəzini tikirlər
Ötən il Sumqayıt şəhərində fəaliyyət göstərən «Karvan» Ticarət Mərkəzinin yanması nəticəsində orada çalışan kiçik iş adamlarına külli miqdarda zərər dəyib. Həmin hadisədən sonra ticarət mərkəzində çalışanları sakitləşdirmək üçün onlara xeyli vədlər verilib. Lakin…
Xəzər Mirzəyev adlı Sumqayıt şəhər sakini yazır ki, onun da başqaları kimi «Karvan»da yeri olub və yanğın zamanı 4500 manat zərər çəkib. O qeyd edir ki, yanğın olayından sonra işləyənlər ayağa qalxaraq, onlara dəyən zərərin ödənilməsini təlb ediblər. Lakin Ticarət Mərkəzinin rəhbərliyi o zaman kiçik tacirləri başından rədd etmək üçün onlara xeyli vədlər veriblər. Elə Xəzər Mirzəyevi bir ildir aldadan «Karvan»ın rəhbərliyi ona nə yer verir, nə də vəd etdikləri yeni ticarət mərkəzini tikirlər.
Sumqayıt sakini bu yaxınlarda etiraz edərək, yeni iş yerinin açılacağını soruşub. Bazar rəhbərliyi də onu sakitləşdirmək üçün bildirib ki, yaxın 2-3 gündə «Karvan»ın inşasına başlanılacaq və qısa müddətdə ona yeni köşk veriləcək.
Apardığımız araşdırmalar zamanı belə məlum olub ki, yanan «Karvan» Ticarət Mərkəzinin yerində, ümumilikdə, Sumqayıt şəhərində belə bir ticarət obyektinin tikintisi həyata keçirilmir. «Karvan»da zərər çəkmiş satıcılara isə ən yaxşı halda ayrı-ayrı Ticarət Mərkəzlərində yer veriləcək.
Daxil olan məlumatda qeyd edilir ki, «Karvan»da çalışanlar yaxın günlərdə yenidən Sumqayıt Şəhər İcra Hakimiyyətinin binası önünə toplaşaraq, haqlarını tələb edəcəklər.
Jam.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər