Hacı İbrahimdən şikayət edən iş adamı Prezident Administrasiyasında oldu
27-08-2014, 18:20
Oxunub: 3 461
İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir “Avesta” Konserninə məxsus “Həsən-96” MTK-dan ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov avqustun 26-da Elşad Məmmədov Prezident Administrasiyasında olub.
Onu öncə Qanunvericilik və hüquq şöbəsinin müdiri Şahin Əliyevin qəbul edəcəyi bildirilsə də, sahibkarı özünü həmin şöbənin əməkdaşı kimi təqdim edən Ayxan Əlməmmədov qəbul edib.
İş adamı “Azadlıq”a açıqlamasında bildirib ki, yaranmış problemlə bağlı üç dəfə PA-da olub. Ona hər dəfə probleminin araşdırılacağını bildirsələr də, vəziyyətlə bağlı irəliləyiş müşahidə olunmur.
Bununla belə, sahibkara növbəti dəfə problemini araşdırıb həll edəcəklərini bildiriblər.
Hazırda yaşamağa yeri olmayan Elşad Məmmədovun sözlərinə görə, onun övladları builki təhsil prosesindən uzaq düşəcək. Belə ki, hazırda evi olmayan sahibkar övladlarını məktəbə qoymağa heç bir imkana sahib deyil.
Onu da qeyd edək ki, bir müddət əvvəl deputat Qənirə Paşayevaya məktub yazan Elşad Məmmədov ondan bir daha onunla görüşməyi və bu haqsızlığı prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya çatdırmasını xahiş edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər