BolgeXeber.Com » Gündəm » Ağdamda iki idarə müdirinin aylıq «elektrik yeyintiləri»

Ağdamda iki idarə müdirinin aylıq «elektrik yeyintiləri»

28-08-2014, 16:40
Oxunub: 11 247 Ağdamda hər artezian quyusuna bir ay ərzində təqribən 1000 manatlıq elektrik pulu yazılır. Artezian quyularının sərf etdiyi elektrik enerjisi isə real olaraq 300-400 manat civarında olur.

Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov Ağdam rayon su kanal idarəsinin rəisi Mətləb Nəcəfovun və Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahovun böyük maliyyə maxinasiyasını aşkarlayıb və buna görə idarə müdirlərinin üzərinə ciddi sayılacaq «maliyyə cəzası» təyin edib.

Bu barədə Ağdam sakinindən daxil olan məlumatda bildirilir ki, Ağdam rayon su kanal idarəsinin rəisi Mətləb Nəcəfovun və Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov əlbir olaraq hər ay küllü miqdarda pul mənimsəyir və bu hal uzun illərdir ki, davm edir. Bu məlumatı saytımıza bildirən Ağdam sakininin bildirdiyinə görə əgər müvafiq qurumlar aşağıda göstərilən şok maxinasiyalarla bağlı dərhal araşdırmalara başlasalar ortaya uzun illər davam edən ciddi maliyyə yeyintiləri çıxmış olacaq. Məlumata görə isə hazırda həmin illrdir davam edən həmin mənimsəmə faktı ilə bağlı Ağdamın yeni icra başçısının məlumatı var və icra başçısı buna görə idarə müdirlərindən mənimsənilən vəsaitin bir hissəsini tələb edib.

Təqdim edilən faktlar isə həm maxinasiyaların həm işlənmə mexanizminə, həm də “yoxa çıxan” maliyyə vəsaitinin böyüklüyünə görə təəccüb doğurur. Diqqətlə oxuyun, görün, əlbir şəkildə işləyən iki idarə müdiri Ağdamda dövlət büdcəsindən ayrılan küllü miqdarda vəsaiti hansı yollarla və necə də asan mənimsəyiblər.

Pia.az-a daxil olan məlumatda bildirilir ki, Ağdam rayon Su Kanal idarəsinin rəisi Mətləb Nəcəfov Ağdam Elektrik Şəbəkəsinin rəhbəri Zülfü Salohovla əlaqəyə girərək hər ay külli miqdarda enerji silirlər. Belə ki, rayon ərazisində mövcud olan artezian quyuları hesabına reallaşdıran cütlük ilginc üsullara əl atıblar. Belə ki, Ağdam Elektrik Şəbəkəsinin rəhbəri Zülfü Salohov rayon artezan quyularının transformatrında sayğac quraşdırılmayıb və bununla da hər artezan üzrə nə qədər enerji səfr olunduğu bilinmir. Hər arteziana görə hər ay Ağdam Elektrik Şəbəkəsi 16 min kilovoltluq enerjinin sərf olunması haqda saxta rəy yazılır. Halbuki real sərfiyyat bundan iki-üç dəfə azdır. Daha doğrusu hər artezian quyusuna bir ay ərzində təqribən 1000 manatlıq elektrik pulu yazılır. Artezian quyularının sərf etdiyi elektrik enerjisi isə real olaraq 300-400 manat civarında olur. Yəni hər bir artezian quyusuna görə iki idarə müdiri əlbir şəkildə hər ay 600-700 manat pul silirlər.

Məlumat üçün bildirək ki, Ağdam rayonu ərazisində ümumilikdə 114 artezian işlək vəziyyətdədir. Bir çox quyular isə işləmsə də, həmin quyulara belə elektrik sərfiyyatı yazıır və həmin quyulara yazılan elektrik pulları 100 faiz silinərək mənimsənilir. Yəni iki idarə müdirinin təkcə artezian quyuları vasitəsi ilə dövlət büdcəsindən hər ay mənimsədikləri təqribən 70-80 min civarında olur.

Bundan başqa daxil olan məlumatda bildirilir ki, Xındırıstan və Dörd Yol qəsəbələrinə verilməli olan təzə avadanlıqları idarə müdiri Mətləb Nəcəfov hansısa səbəbdən ERGİ qəsəbəsinə satıb. Eyni zamanda, Ağdam Elektrik Şəbəkəsinin rəisi Şükranlı kəndinin sayğaclarına əlavə sərfiyyat yazdıraraq bu yolla da küllü miqdarda vəsait mənimsəyir.

Xatırladaq ki, bundan qabaq Ağcabədi rayonunda işləmiş Mətləb Nəcəfovun adı elə o zaman bəzi qalmaqallarda hallanmışdı. Məsələn, ATV telekanalının Qarabağ üzrə bölgə müxbirini döyməsi ilə gündəmə gələn idarə rəisi elə bu kimi fəaliyyətinə görə Ağcabədidəki vəzifəsinə son verilmişdi.

Ağdamdakı mənbənin bildirdiyinə görə rayon icra başçısıs Raqub Məmmədov hər iki idarə müdirinin maliyyə maxinasiyasını öyrəndikdən sonra üçün onların boynuna aylıq “haqq” kəsib. Əgər keçmiş icra başçısı hər iki idarə müdirindən ayrı-ayrılıqda aylıq 3 min manat alırmışsa, Raqub Məmmədov bu məbləği 5 min manata çıxarıb. Üstəlik icra başçısı rayonun abalaşdırılma işlərində hər iki idarə müdirinə ayrı-ayrılıqda «sahə» ayırıb. İcra başçısının tanşırığına əsasən həmin sahə yaxın aylarda abalaşdırılmalı və təhvil verilməlidir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…