Dördüncü mobil operator gəlir
29-08-2014, 10:20
Oxunub: 4 626
"Naxtel" GSM tezliklərindən istifadə etmək üçün lisenziya almağa hazırlaşır
Müəllif
Xəbərçi Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatoru 1800-2100 MHz diapazon GSM tezliklərindən istifadə etmək üçün lisenziya almağa hazırlaşır.
Bunu çərşənbə axşamı Trend-ə NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fərid Hacıyev deyib.
Onun sözlərinə görə, "Naxtel"in Azərbaycanın bütün ərazisində mobil rabitə xidmətini işə salmaq məqsədilə lisenziya almaq üçün yaxın vaxtlarda Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edəcəyi gözlənilir.
Hazırda operator 800-900 MHz diapazon tezliyindən istifadə etməklə CDMA standartında simsiz rabitə xidmətləri göstərir. Şirkət Azərbaycanda 4-cü GSM operatoru olmağa iddialıdır.
F.Hacıyev qeyd edib ki, şirkət 4G şəbəkəsinin tətbiq edilməsi üzrə layihə hazırlayıb: "4G ilkin mərhələdə NMR ərazisində əlçatan olacaq. Növbəti mərhələdə isə 4G şəbəkəsi Azərbaycanın bütün ərazisini əhatə edəcək. Ölkənin digər mobil rabitə operatorları kimi "Naxtel" şirkəti də GSM standartında rabitə xidmətləri göstərəcək".
Onun sözlərinə görə, opratorun şəbəkəni kommersiya baxımından işə salması cari ilin sonuna planlaşdırılıb, lakin tarixin gələn ilin əvvəlinə keçirilməsi istisna olunmur.
"Naxtel"in öz baza stansiyalarının tikintisi üzrə planlarını şərh edən F.Hacıyev bildirib ki, birinci mərhələdə "Bakcell", "Azercell" və "Azerfon" mibil operatorların baza stansiyalarının üzərindən rabitə və internet xidmətlərinin göstərilməsi nəzərdə tutulur: "Bu məsələ Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yardımı ilə razılaşdırılacaq. Şirkət mərhələli olaraq baza stansiyalarının tikintisini və genişləndirilməsini planlaşdırır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər