Bakıda daha bir biabırçılıq
29-08-2014, 13:10
Oxunub: 4 026
Bakıda sərnişin avtobusunda əxlaqsızlıq olub. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, 46 saylı marşrutda sürücü qadın sərnişinu təhqir edib. Hər şey sürücünün qadına: “Az, düş, rədd ol maşınımdan”, - deməsindən sonra başlayıb.
Bu gün səhər saat 9.20-də “Neapol” dairəsi - 28 May marşrutu üzrə hərəkət edən 46 saylı avtobusda insident yaşanıb. Xətai heykəlinə yaxın ərazidə marşrutun sürücüsü orta yaşlı qadın sərnişini təhqir edib. Buna səbəb sərnişinin “niyə dayanacaqda saxlamırsız” iradı olub. Sürücü: “Az, düş, rədd ol maşınımdan, yaxşı edirəm, orada adam var, saxlayam?” - deyərək xanımı təhqir edib. Sürücü deyinə-deyinə avtobusdan düşməyə çalışan xanımı vurmağa da cəhd edib. Lakin avtobusda olan sərnişinlər buna mane olublar. Sərnişinlərdən biri mobil telefonunun videokamerası ilə olayı qeydə alıb.
O, qeydi “Bakısərnişinnəqliyyatı” MMC-yə təqdim edəcəyini deyib. Sərnişinlər 46 saylı marşrut üzrə hərəkət edən 90 VT 341 nömrəli avtobusun Amil adlı sürücüsünün həddən artıq kobud və qaba adam olduğunu bildiriblər. Onların sözlərinə görə, böyük ehtimalla əsəbləri pozulmuş biri olan sürücü hər gün sərnişinlərlə dava edir, onları söyür.
Məsələ ilə bağlı “Bakısərnişinnəqliyyatı” MMC-nin mövqeyini öyrənə bilmədik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər