BolgeXeber.Com » Gündəm » Dövlət Yerquruluşu Layihə İnstitutunda nələr yaşanır?

Dövlət Yerquruluşu Layihə İnstitutunda nələr yaşanır?

30-08-2014, 12:05
Oxunub: 3 646 Eldar Zeynalov institutda baş verənlərlə bağlı həyəcan təbili çaldı

Ötən saylarımızda Bakı şəhəri, Xətai rayonu, general Mehmandarov küçəsi ev 22A, mənzil 31 ünvanında yaşayan Eldar Zeynalovun işlədiyi yerdə üzləşdiyi qanunsuzluqlarla və bu qanunsuz hərəkətlərə qarşı qaldırdığı iddianın təmin olunmaması ilə bağlı ətraflı məlumat vermişdik. Qeyd edək ki, Eldar Zeynalov Dövlət Yerquruluşu Layihə İnstitutunda çalışıb. Bugünkü sayımızda isə Dövlət Yerquruluşu Lahiyə İnstitutunda üzləşdiyi problemlərlə bağlı məlumat veriləcək.

Şikayətçi bildirir ki, cavabdehlər Rasim Dadaşov, Əli Cəfərov özləri qanunları pozaraq attestasiya komissiyasının üzvü olmuşlar: "Özü qanunu pozan şəxs hansı əsasla attestasiya komissiyasında iştirak edib, vətəndaşları attestasiya edə bilər. Vətəndaşın iş saatı 8 saatdır. Əli Cəfərov Dövlət Yerquruluşu Layihə İnstitutunda şöbə rəisi, Torpaqşünaslıq institutunda, Bakı Dövlət Universitetində işləyir. Bu hal cinayətdir. Dövlət tərəfindən özü Əli Cəfərovun dediyinə görə, 100 min manata taxılçılıq üzrə ayrılan tədqiqat işin pulu, otaqda oturub sahəyə qətiyyən çıxmayan, işçilərə xəritəçəkmə torpaq tədqiqat sahəsində işə heç vaxt naryad yazılmayan işçilərə bölmə rəisi, qrup rəhbərlərinə aylıq naryad yazılması hansı qanunda göstərilib? Yaxud 2013-cü il oktyabr ayında torpaq və geobotanik bölmədə heç bir iş görülmədiyi halda bölmə rəisi qrup rəhbərlərinə saxta cinayət törədərək naryad yazılması Əli Cəfərovun da bu saxta işləri təsdiq etməsi nə deməkdir? Rasim Dadaşov həm institutda baş mühəndisin müavini vəzifəsində işləyir, həm də Bakı Dövlət Universitetində. İnstitutun ümumi şöbəsinin rəisi hüquqşünas olmalıdır. Bəs Sevda Şərifova haranı qurtarıb? Guya məni dövriyyə vərəqəsini vermək üçün çağırıb. Bu tam böhtandır. Özlərinin qanunsuz akt tərtib etmələri hansı qanuna əsaslanır? Aidə Xəlilovanın həyat yoldaşının, qızının institutda işləmələri hansı qanuna uyğundur? Böhtan xarakterli akt nəyə lazımdır? Direktor bu adamları ƏM-nin 17-ci maddəsini pozaraq təkid edib yazdırıb. Əli Cəfərovdan direktor niyə soruşmur ki, üç yerdə necə işləyib tam əmək haqqını alır. Həm də erroziya və elmi tədqiqat Torpaqşünaslıq institutunda baş mühasib vəzifəsində işləyir. Direktor Füzuli Cəfərovun Füzuli rayonunun Əhmədbəyli kəndində, Bakı Şəhəri 6-cı mikrorayonda tikdirdiyi 3 mərtəbəli villaların 3 ədəd xarici maşını hansı pulla, hansı yolla əldə edib, xahiş edirəm yuxarıda göstərdiyim cinayət tərkibli faktlar yoxlanılıb ona hüquqi qiymət verilsin. AR ƏM-nin 16-cı maddəsinin 2-ci bəndində göstərilir ki, qadınlara, əlillərə, yaşı 18-dən az olan sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir. Yuxarıda göstərdiyim institutda 15 ildir ki, işləyirəm. Mənə verilən bütün tapşırıqları 150-200% həmişə yerinə yetirmişəm. Xüsusi əmrlə dövlət tapşırıqlarını yerinə yetirməklə, polis zabiti qərargah rəisi vəzifəsində işləyərək, Çernobldə köçürmə zonasında 3 gündən artıq yaşamaq mümkün olmadığı halda həmin ərazidə 45 gün qalaraq, 59 nəfər zabit heyətinin, sayı-hesabı bilinməyən miqdarda mülki şəxslərin həyatını xilas etmişəm. Öz həyatımı bilərəkdən qətiyyən fikirləşmədən sağalmayan xəstəliyə düçar olmuşam. Azərbaycan Prezidentinin fərmanı ilə 9 sentyabr 2008-ci ildə fərqli xidmətim qiymətləndirilərək mənə prezident təqaüdü verilir. Lakin işlədiyim yerdə bunların heç birini nəzərə almadılar. Əmək Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər".

Eldar Zeynalovun sözlərinə görə, institutun direktotu 4-5 dəfə yanına çağırtdıraraq məcburi surətdə tələb etmişdi ki, işdən çıxması barədə ərizə yazsın: "Hər cür təzyiq edərək məni ərizə yazmağa təkid, məcbur etmiş, kadrlar şöbəsinə çağırtdırmış, şöbə rəisi Əli Cəfərova dəfələrlə mənim direktorun yanına çağrıldığımı demişdi. Direktorun bu qanunsuz əməllərinə nə ad vermək olar? Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndində göstərilir ki, işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. ƏM-nin 87-ci maddəsinin 3-cü bəndində göstərilir ki, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mənim Əmək müqaviləm müddətsizdir. Buna baxmayaraq, dorektor özünəməxsus "qanunla" Əmək müqaviləsinə xitam vermiş, müddətsiz Əmək müqaviləsini müddətli Əmək müqaviləsi kimi göstərib. Əmrim 7 aprel 2014-cü il 41/k ilə göstərilib. Əmək kitabçam isə poçt vasitəsilə 28 aprel 2014-cü ildə göndərilib (17 gündən sonra). ƏM-nin 87-ci maddəsinin 5-ci bəndində göstərilir ki, işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Sizdən xahiş edirəm göstərilən faktlara hüquqi qiymət verilməklə, hüquqi araşdırmalar aparılsın. Təqsirkar şəxslər cəzalandırılsın. Bu qədər də özbaşınalıq olarmı? ƏM-nin 144-cü maddəsinin 2 bəndində göstərilir ki, Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 2014-cü ildən məzuniyyətdə olub, buna görə də 144-cü maddənin 2-ci bəndində göstərilənlər ona da aiddir: "Xahiş edirəm göstərilən qanuna riayət edilsin, yuxarıda göstərilən maddədəki məsələlər təmin edilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndində göstərilir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Mart ayı üçün bütün işlərimin hamısını təhvil vermişdim ( 1588 manat 13 qəpik). Ümumiyyətlə, mart ayı üçün aylıq maaşım belə verilmədi. Göstərdiyim məbləğli işimin pulu ödənilmədi. İşdən çıxdığım gün bütün ödənişlər edilməli olduğu halda 2 aydır ki, mənə bir manat pul ödənilməyib. Bu rəhbərliyin tam məsuliyyətsizliyi, bilərəkdən mənə vicdan əzabı, mənəvi əzab, maddi ziyan vurmaq deyilmi? Bəs, nə üçün belə insanlar haqqında bir tədbir görülmür ? Mən 3 aprel 2014-cü ilə kimi işləmişəm.

Yuxarıda göstərdiyim dövlət qarşısındakı xidmətlərimi, prezident təqaüdçüsü olmağımı, şəkərli diabet xəstəsi olmağımı, 24 ildir ki, 2-ci qrup ömürlük çernobl əlili olmağlmı nəzərə alıb AR ƏM-nin 16, 17, 77-4, 79-1, 65-2,3, 87-3-5, 144-2, 172-4,5,6, 178-1, 195 "a", 290-2,3, 299, 300-1, AR MPM-nin 141-2,5, 141-4, 140-5, 9-1,3 14-2, 385-1.1, 385-1.2, 385-1,3, 385-1.4, 386, 387, 388, 389, 390, 394.1.2 maddələrinin bəndlərini əsas tutaraq Yasamal rayon hakimi Ayaz Məmmədovun çıxardığı qətnamənin əsassız olduğundan onun tam ləğv edilməsi, hakim haqqında xüsusi qərardad çıxarmaqla Dövlət Yerquruluşu Layihə İnstitutunun direktorunun 1 aprel 2014-cü il tarixində verdiyi əmrin tam qanunsuz olduğundan onun ləğv edilməsi, 01 aprel 2014-cü ildən bu günə kimi mənim əmək haqqımın ödənilməsi, iş yerimə bərpa edilməyim, mart ayı üçün işlədiyim aylıq əmək haqqının ödənilməsi, əvvəldən mənə verilmiş işlərin işləyərək təhvil verib əmək haqqının ödənilməsi, pozulmuş hüquqlarımın bərpası zamanı mənə vurulmuş maddi ziyanın 500 (beş yüz) manat, mənəvi ziyanın 5000 (beş min) manat ödənilməsi haqqında qərar çıxarasınız".

Ümid edirik ki, tezliklə Dövlət Yerquruluşu Layihə İnstitutunda yaşanan neqativ hallar tezliklə öz həllini tapar. Eldar Zeynalovun pozulmuş hüquqları bərpa olunar.

Yazı da adı çəkilənlərin münasibətini də dərc etməyə hazırıq.
gundelik-baku