Binəqədi “Azərsu”nu suçladı: “Azərsu”dan faciəvi cavab - Foto
30-08-2014, 12:50
Oxunub: 3 876
“Süleyman Sani Axundov küçəsindəki yolun təmiri “Azərsu”dan asılıdır
Həmin ərazidən keçən su və kanalizasiya xətləri yeniləndikdən sonra yolun tam təmiri nəzərdə tutulub”.
Bu sözləri Axar.az-a Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindən keçən və cəmi bir neçə yüz metr olmasına rəğmən, illərdir təmir edilməyən bərbad vəziyyətdəki yolla bağlı danışarkən bildirdilər.
İcra nümayəndəsinin sözlərinə görə, yolun təmiri üçün onlardan asılı olan hər şey hazırdır:
“Amma yolun təmiri bizdən asılı olmayan səbəblərə görə ləngiyir. Həmin ərazi ilə bağlı “Azərsu”nun layihəsi var. Layihəyə əsasən, ərazidən keçən su və kanalizasiya xətləri yenilənməlidir. Ancaq bundan sonra yolun təmirinə başlanılacaq”.
İcra nümayəndəsi əlavə edir ki, su və kanalizasiya xətlərinin nə vaxt yenilənməsi barədə məlumatları yoxdur:
“Birinci mərhələ ”Azərsu”dan asılı olduğu üçün bir söz deyə bilmərik. Su xətlərinin yenilənməsi başa çatdıqdan dərhal sonra Binəqədi Rayon İcra Hakimiyyəti yolun təmirinə başlayacaq. Təmirin gecikməsi bizimlə əlaqədar deyil”.
Məsələ ilə əlaqədar Axar-az açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, bu il ərzində sözügedən ərazidə su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulmayıb:
“2014-cu il üçün belə bir layihə yoxdur. Hələlik sözügedən ərazidə yeni xətlərin çəkilməsi planda yoxdur və gözlənilmir”.
Qeyd edək ki, Binəqədi rayonu 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindən keçən əsas yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Yoldan minik avtomobilləri ilə yanaşı, marşrut avtobusları da istifadə edir. Ötən qış marşrut avtobusu sürücüləri və sahibkarlar keçilməz olan bu yola daş-kəsək tökməklə vəziyyətdən çıxmağa çalışdılar. Hazırda yol o qədər bərbaddır ki, iritutumlu marşrut avtobusları hər dəfəsində mütləq hansısa zədələrlə keçə bilirlər. Sakinlər isə illərdir davam edən dözülməz şəraitdən təngə gəliblər. bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər