Yanan “Karvan”la bağlı yalan vədlər karvanı...
30-08-2014, 16:35
Oxunub: 4 490
“Ötən ilin oktyabrında baş vermiş yanğın nəticəsində tamamilə yararsız hala düşən “Karvan” ticarət mərkəzinin təmiri yarımçıq saxlanılıb
Etiraz aksiyalarından sonra dəymiş zərərin ödəniləcəyi, ticarət mərkəzinin yenidən istifadəyə veriləcəyi barədəki vədlər yerinə yetirilmir”.
Bunu virtualaz.org saytına ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən I qrup Qarabağ əlili Xəzər Mirzəyev bildirib.
Şikayətçinin sözlərinə görə, sahibkar dəymiş zərərin cüzi hissəsini ödəməklə zərərçəkənləri sakitləşdirib: “Bizə söz verdilər ki, ticarət mərkəzi iki-üç aya bərpa ediləcək. Hətta müəyyən müddət ərzində yer pulu almayacaqlarını da demişdilər. Yanğın ötən il oktyabrın 19-da baş verib. O vaxtdan 10 ay keçir. Ticarət mərkəzinin birinci mərtəbəsində piştaxtalarda alver edənlər var. Lakin hamı mərkəzin tam bərpa ediləcəyi günü gözləyir”.
Qeyd edək ki, ticarət mərkəzinin yerində uşaq əyləncə mərkəzinin tikiləcəyinə dair xəbərlər dolaşır. Bu xəbər yanğından zərər çəkənlərin etirazına səbəb olub: “Bazar necə varsa, elə də qalıb. Nə tikinti işləri getmir, nə də zərərçəkənlərə bir söz deyən yoxdur. Uşaq əyləncə mərkəzi tikilərsə, bizə dəymiş zərəri tələb edəcəyik”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə “Karvan” ticarət mərkəzi ilə bağlı hər hansı açıqlama verə bilməyəcəklərini dedilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər