Bakıda yol polisi də belə edirsə.... - FOTO
31-08-2014, 11:00
Oxunub: 4 242
Bakıda avtobusların dayanacaqlarda saxlamaması bir dərd idisə, onlara qarşı mübarizə aparanların əməli dərd üzərinə dərd gətirir
Avrobusların dayanacaqdan kənarda saxlamasından, dayanacaqların taksi sürücüləri tərəfindən zəbt olunmasından gileylənən, hər dəfə bu kimi pozuntulara qarşı reydlər keçirən və statistikalar açıqlayan yol polisi özü qaydanı pozur.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində avtobus dayanacağının qarşısında yol polisi maşın saxlayaraq sürücüyə protokol yazır. Bu proses təxminən 30 dəqiqə davam edir. Polis maşına "saxla" əmri verir, sürücü maşını dayanacaqda saxlayır. Onlar aramla söhbət edir, protokol yazır, sonra isə sürücünün bəzi suallarına cavab verir. Bu müddət ərzində isə avtobuslar dayanacaqdan kənarda saxlamaq məcburiyətində qalır, bəziləri isə ötüb keçməyi üstün tutur.
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov milli.az-a açıqlamasında bildirib ki, yol polisi maşını avtobus dayanacağında bir neçə dəqiqəlik saxlaya bilər. Bu zaman heç bir problem olmaz. Konkret Y.Əliyev küçəsindəki məsələyə gəlincə, bölmə rəisi bu məsələdə ehtiyatlı danışıb: “Bu məsələyə görmədən və ya şəklinə baxmadan fikir bildirmək olmaz. Şəkildə vəziyyəti görməliyəm. Əks halda fikir bildirə bilmərəm”.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər