Nədən DYP-imiz bunların qarşısında aciz qalıb? - VİDEO
1-09-2014, 09:55
Oxunub: 3 418
Avtoxuliqanların ən sevimli məkanlarından biri olan "beşmərtəbə" dairəsində daha bir hadisə baş verib
Bu dəfə 3 "avtoş" "beşmərtəbə"də öz məharətini göstərir. Onlar Daxili İşlər Nazirliyinin qarşısından, yəni Hüsü Hacıyev küçəsindən yüksək sürətlə hərəkət edərək "beşmərtəbə" dairəsinə daxil olurlar. Lakin hər üç maşın dairəni fırlanmadan düzünə hərəkət edib təhlükə yaradırlar. Əvvəlcə iki "07" bir-biri ilə ötüşür və dairəyə daxil olarkən düzünə hərəkət etmək istəyirlər. Bu zaman "07"dən biri idarəetməni itirərək yuxarıdan "beşmərtəbə" dairəsinə daxil olan "Opel" markalı avtomobili vurur. Bununla kifayətlənməyən "07"nin sürücüsü maşını geriyə hərəkət etdirib hadisə yerindən qaçır. Digər "avtoş" da onun arxasınca hərəkət edir. Az sonra onların arxasınca daha bir "avtoş"un gəldiyi görünür. "Lada Priora" markalı bu avtomobil də özündən əvvəlkilərin hərəkətlərini təkrarlayaraq kobud qayda pozuntusuna yol verməklə aradan çıxır. Hər halda, bu görüntülər Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Mərkəzinin kameralarına həkk olunub. Məlumata görə, artıq hər üç "avtoş" yol polisi tərəfindən aşkarlanaraq barələrində tədbir görülüb./Avtosfer
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər