BolgeXeber.Com » Gündəm » "Kapitalbank"ın pul oyunu

"Kapitalbank"ın pul oyunu

1-09-2014, 10:35
Oxunub: 3 309 "Beynəlxalq bank"ın 31 günlük müsibəti

Banklar vətəndaşların başına oyun açırlar.Ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı bankların fəaliyyətləri barədə o qədər tənqidlər, haqlı iradlar bildirilib ki, heç bilmirik haradan, nədən başlayaq? Amma bu yazımızda sizin çoxlarınız üçün təəccüblü və qeyri-adi görünəcək fakta toxunacağıq. Belə ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, bina 21V, mənzil 44-də yaşayan Tağıyev Rasim Əli oğlu qeyri-adi süründürməçiliklə üzləşib: "Avqustun 10-da "Beynəlxalq bank"ın Hövsan qəsəbəsində yerləşən bankomatdan maaşımı çıxarmaq istədim. Qeyd edim ki, qəsəbədə "Beynəlxalq bank"ın iki bankomatı "fəaliyyət göstərir".

Əgər buna fəaliyyət göstərmək demək olarsa. Məsələ burasındadır ki, qəsəbədə iki bankomat yerləşsə də, əksər hallarda onlarda pul olmur. Məhz buna görə də, maaşımı bankomatdan çıxarmaq üçün əlacsız qalaraq "Kapitalbank"ın bankomatına üz tutdum. Tələb edilən parolu yığdım və pulu bankomatdan çıxramaq üçün lazım olan əməliyyatı yerinə yetirdim. Bankomatın ekranına bildiriş yazıldı ki, sorğunuz qəbul olunub və pullar hazırlanır. Tezliklə bankomat kartımı və 100 manatı çıxardı. Əlimi uzadım kartı götürdüm. Onu cibimə yenicə qoymuşdum ki, "Kapitalbank"ın bankomatı 100-lük əskinası geriyə - bankomata qaytardı. Məcbur olub kartı yenidən bankomata saldım. Bilirsiniz mənə hansı bildiriş gəldi? - Sizin hesabınızda bu pul yoxdur. Deməli, əgər vətəndaş azacıq yubanarsa, "Kapitalbank"ın bankomatları onların bankdan çıxardıqları pulu geri qaytarırlar. Guya bunu ona görə edirlər ki, vətəndaş pulunu götürməyi unudarsa, başqası onu pulunu götürməsin. Yaxşı, doğrudan da belədirsə, bəs vətəndaşın balansındakı pul niyə özünə qaytarılmır? Beləcə, bankomatdan bildiriş gəldi ki, sizin balansınızda bu pul yoxdur. Pulu çıxardım, azacıq yubandığımdan əskinas yenidən geri - bankomata qayıtdı. Amma bu dəfə bankomat onu mənə qaytarmaqdan imtina etdi".

Vətəndaş dərhal "Kapitalbank"ın "Qaynar xətt"inə müraciət edib. "Qaynar xətt"dən isə ona məsləhət görüblər ki, "Beynəlxalqbank"ın "Qaynar xətt"inə üz tutsun: ""Beynəlxalq bank"ın "Qaynar xətt"inə zəng etdikdə dedilər ki, həmin kart sizə bankımızın Nəsimi rayon filialı tərəfindən verilib. Zəhmət çəkərək ora gedin və sizdən sorgu götürüləcək. Pulunuzun aqibətinin necə olacağı haqda 7 iş günü ərzində sizə məlumat verəcəyik. Avqustun 11-də "Beynəlxalqbank"ın Nəsimi filialına getdim. Məndən sorğu götürdülər. Dedim ki, "Kapitalbank"ın bankomatının yuxarısında kamera var. Hər şeyi kamera çəkdi. Buyurun yoxlayın. Həmin gün kartım bankomata daxil olub və pul üçün sorğu vermişəm. Amma pul çıxarıldıqdan bir neçə saniyə sonra yenidən bankomata qaytarılıb. Dedilər bunu araşdırmaq üçün bizə bir ay vaxt lazımdır. Təsəvvür edirsinizmi, bir ay. Deməli, avqustun 10-dan sentyabrın 10-dək bu iki bankın işçilərinin 31 günlük ləng fəaliyyətlərini gözləməliyəm ki, öz pulumu özümə qaytarsınlar. Təəccüblüdür, indi hansı əsrdir ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə banklar adi pul sorğusu üçün 31 günlük vaxt tələb edirlər?!"

Göründüyü kimi, həm "Kapitalbank" vətəndaşların pullarını yenidən öz bankomatlarına qaytarmaqla, "Beynəlxalq bank" isə bir aylıq yubanmalarla vətəndaşların başına müsibət gətirir.
gundelik-baku