Əbülfəs Qarayevdən sərt açıqlama
1-09-2014, 17:15
Oxunub: 2 957
"Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq"
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı müraciət etdiyimiz beynəlxalq təşkilatların heç birində bununla bağlı faktaraşdırıcı komissiya yaradılmayıb. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə beynəlxalq təşkilatlar tərəfindən faktaraşdırıcı missiyanın göndərilməsi məsələsi sadəcə uzanır, daha doğrusu, süni şəkildə uzadılır". Bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşilikləri barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırılıb: "Hər dəfə də beynəlxalq təşkilatlar bu məsələyə çox diqqətlə yanaşır və Azərbaycanın mövqeyinə hörmət göstərirlər. Lakin bu gün həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunur. Lakin bizim verdiyimiz təkliflərlə bədnam qonşularımız tərəfindən irəli sürülən təkliflər üst-üstə düşmür. Ona görə də həm YUNESKO, həm Avropa Şurası, həm də digər təşkilatların bölgəyə faktaraşdırıcı missiyalarını göndərməsi, burada tarixi-mədəni abidələrin dağıdılmasının hansısa yolla müəyyənləşdirilməsi, onların dağıdılmasının qarşısının alınması və digər bu kimi təşəbbüslər həmişə qarşı tərəfin müqaviməti ilə rastlaşır".
Ə.Qarayev bildirib ki, Azərbaycan bəyan edir ki, bu kimi araşdırmalar üçün tam açıqdır: "Biz deyirik ki, Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər