Daha bir jurnalist həbs edildi
1-09-2014, 19:25
Oxunub: 3 896
“7gun.az”-ın və “7 gun xəbər” qəzetinin rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
“7gun.az”-ın rəhbəri ,hüquq müdafiəçisi Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs olunub. Bu barədə Bolgexeber.com-a məlumat verən Cavid Ələsgəroğlunun həyat yoldaşı Nuranə Alırzayevanın bildirdiyinə görə, Bakı-Qazax sərnişin qatarından düşərək yenicə evinə gələn həyat yoldaşını yaşadığı mənzilin qarşısında həbs ediblər: “Heç üst-başını dəyişməyə belə aman vermədən, Cavidi Qazax rayon polis şöbəsinə apardılar. Mən atamla onun arxasınca şöbəyə getdik. Polis şöbəsindən bizə bildirdilər ki, Cavid Respublika DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakıya aparılacaq. Gün ərzində ondan heç bir məlumat almaq mümkün olmayıb.”
Xatirladaq ki, Cavid Ələsgəroğlu 10 ildən artıqdır ki, 7gun.az xəbər portalına rəhbərlik edir. O həm də “7 gun xəbər” qəzetinin təsisçisidir.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər