“Azərsell” nömrələri müqaviləsiz satır?
2-09-2014, 16:10
Oxunub: 6 809
“Azərsell” (“Azercell”) dilerləri nömrələri sənədləşdirmədən satır.
Bu barədə məlumat verən abunəçilər qeyd edir ki, “Azərsell” nömrələri satılan dilerlərdə heç bir müqavilə imzalanmır. Satıcılar bununla bağlı onlara tapşırıq verildiyini bildirir. Yeni nömrələri heç bir müqavilə imzalamadan, sənədləşdirmə işi aparılmadan, ancaq şəxsiyyət vəsiqəsinin surətinin qarşılığında satırlar.
Məlumata görə, nömrənin alan şəxsin adına keçirilməsi isə 1 həftə ərzində onun imzası olmadan reallaşdırılır.
Onu da qeyd edək ki, nömrənin abunəçinin adına keçirilməməsi sonradan böyük problemlər yaradır. Belə ki, sənədləşdirilmədən alınan nömrə heç kimin adına qeydiyyatda olmur. Sonradan isə nömrənin abunəçinin adına keçirmə prosesi olduqca çətindir.
Həmçinin onu da qeyd edək ki, abunəçinin öz imzası olmadan aldığı nömrə adına sənədləşdirilirsə, bu cinayət məsuliyəti deməkdir.
“Azərsell”in mətbuat xidmətindən Günay Məmmədli Axar.az-a açıqlamasında bunun şirkət üçün yolverilməz olduğunu bildirdi:
“Müraciət etdiyiniz məsələ ilə bağlı uyğun şöbələrimiz arasında sorğu apardıq. Tam əminliklə bildiririk ki, bu cür hallar fəaliyyətimizdə yolverilməzdir. “Azərsell” şirkətinin diller məntəqələrində nömrə satılarkən bütün müştərilərlə müqavilə bağlanılır”.
G.Məmmədli əlavə etdi ki, bu cür hallarla qarşılaşan bütün abunəçilər və müştərilər bununla bağlı “Azərsell”i məlumatlandırsınlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər