Oğuzun icra başçısı ilə AMİ-nin direktoru yenidən toqquşdu
2-09-2014, 17:15
Oxunub: 3 844
Eyvaz Qurbanovla Aqiyə Naxçıvanlı mebel biznesini bölüşə bilmirlər
Oğuzun icra başçısı Eyvaz Hüseynovla Azərbaycan Müəllimlər İnstitutunun direktoru Aqiyə Naxçıvanlı arasında illərdən bəri başlamış narazılıq yenidən baş qaldırıb. Jam.az-a daxil olan məlumata görə, tərəflər arasında yaşanan gərginliyin əsas səbəbi iqtisadi maraqlardır.
Məlumatda deyilir ki, icra başçısı ilə direktor arasındakı narazılığın kökü mandat məsələsinə gedib çıxır. Belə ki, bir zamanlar parlamentdə əyləşən Eyvaz Hüseynov sonradan yerini Aqiyə Naxçıvanlıya verməli olub. Lakin bir müddət sonra bu narazılıq iqtisadi maraqlarda yaşanmağa başlayıb. Verilən bilgilərdə qeyd edilir ki, Oğuz meşələrindən kəsilən ağaclardan istehsal olunan mebel biznesi böyük gəlirlər gətirir. Oğuzun deputatı olan direktorun da bu biznesdə ciddi payı var.
Ancaq icra başçısı rayonun sahibi olduğunu düşünərək, həmin biznesi tam olaraq əlində cəmləşdirmək istəyir. Və rəqibi olmaqla yanaşı, eyni zamanda qəbul etmədiyi deputatın Oğuzda biznesinin olmamasını istəyir. Elə bu səbəbdəndir ki, AMİ-nin rəhbərinə məxsus olan mebel sexlərinin qapadılması istiqamətində addımlar atır. Ki, bu da tərəflərin toqquşmasına gətirib çıxarıb.
Rayondan gələn xəbərlərdə deyilir ki, Aqiyə Naxçıvanlı məsələ ilə bağlı artıq bir neçə dəfə Eyvaz Hüseynova xəbərdarlıq edib. Lakin bu xəbərdarlıqların heç bir faydası olmayıb. İddia edilir ki, yaranmış vəziyyətlə əlaqədar AMİ rəhbəri yuxarı instansiyalara şikayət edərək, icra başçısının cəzalandırılmasını istəyib.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər