Sumqayıtda oğurlanan uşaq tapıldı (VİDEO)
3-09-2014, 02:05
Oxunub: 3 071
Aparıcı Elgiz Əkbərin oğurlanmış mənəvi övladı tapılıb.
Axar.az xəbər verir ki, Nəsimi rayonu ərazisində tapılan körpə hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə 2 aylıq körpəsini tanımadığı bir qadına müvəqqəti saxlamağa verib. Həmin qadin isə ananın atraksionlarda uşaqları gəzdirməsindən istifadə edərək, körpə ilə birgə aradan çıxmışdı.
Hüquq-mühafizə orqanlarının axtarışı nəticəsində 2 aylıq körpəni oğurlayan qadının görüntüləri əldə olunsa da, bu vaxta qədər körpə tapılmamışdı.
Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib. Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.
Məsələ ilə bağlı açıqlama verən Elgiz Əkbər uşağın oğurlanmasından sarsıntı keçirdiyini, körpəni mənəvi övladı hesab etdiyini, bir ata kimi olaydan şoka düşdüyünü bildirmişdi.
Hazırda körpəni oğurlayan qadının saxlanıldığı bildirilir.
Körpənin oğurlanması kadrlarını bir daha təqdim edirik:
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər