Gəncədə “İnfiniti” mağazanın içinə girdi (FOTO)
4-09-2014, 09:45
Oxunub: 3 358
Bu gün səhər saatlarında Gəncə şəhərində baş verən yol qəzası nəticəsində bir mağaza dağılıb
Gəncə şəhər Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Ramin Fətullayevin verdiyi məlumata görə, hadisə saat 05:00 radələrində Vaqif küçəsi 110 ünvanında baş verib.Belə ki, Mübariz Eyyub oğlu İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı, 20 DJ 447 dövlət nömrə nişanlı avtomobillə Sərxan Nurəddin oğlu Alıyevin idarə etdiyi “İnfiniti” markalı, 20 DH 677 nömrəli avtomobil toqquşub.Qəzadan sonra zərbənin təsirindən “İnfiniti” markalı avtomobil həmin ərazidəki mağazaya çırpılıb. Nəticədə mağaza dağılıb. Mağazanın sahibəsi Vüsalə Əhmədovanın ans-ə verdiyi məlumata görə, qəza baş verəndən sonra əraziyə gedib və görüb ki, dükan tamamilə dağılıb.
“Avtoobilin sürücüsünü polis apardı. Polis şöbəsində də olduq. Şikayət etdik. Dedilər istintaq aparılacaq. İndi zərərin kim tərəfindən ödəniləcəyi barədə hələlik bizə heç nə demirlər”, - deyə Vüsalə Əhmədova bildirib.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər