Türk liseyləri yeni adla fəaliyyətə başladı
4-09-2014, 11:35
Oxunub: 2 682
Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur
Azərbaycanda bir müddət əvvəl fəaliyyətini dayandırmış türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin fəaliyyəti bərpa olunub.
Bu barədə oxu.az-a məlumat verən valideynlər bildiriblər ki, dünən axşam keçmiş Dədə Qorqud Özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Bildirilib ki, keçmiş türk liseylərinin fəaliyyəti bərpa olunacaq və bundan sonra bu məktəblər Zərifə Əliyeva adına liseylər kimi fəaliyyət göstərəcəklər.
“Çağ Öyrətim İşlətmələri”nə daxil olan keçmiş Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin müdir müavini Məhəmməd Hüseynov açıqlamasında yayılan məlumatları təsdiqləyib.
“Bundan sonra tədris müəssisələri Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur”.
Qeyd edək ki, valideynlərin bildirdiyinə görə, nazirlik nümayəndələri sentyabrın 12-də onların bir daha iclasa dəvət olunacaqlarını bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər