BolgeXeber.Com » Gündəm » Qarabağda ağır yaralanan Ağdaş sakini status ala bilməməsindən şikayətçidir
Qarabağda ağır yaralanan Ağdaş sakini status ala bilməməsindən şikayətçidir
5-09-2014, 14:20
Oxunub: 4 548
Prezidentə və Müdafiə Nazirinə müraciət edir
Ağdaş rayonunun Kotanarx kəndi sakini Həsənov Faiq Bədrəddin oğlu redaksiyamıza üzləşdiyi problemlə bağlı müraciət ünvanlayıb. Bolgexeber.com xəbər verir ki, müraciətin mətnində Ağdaş sakini müharibədə iştirak etməsinə rəğmən status ala bilməməsindən şikayət edir:
“1993-cü ilin 18 oktyabr tarixində həqiqi hərbi xidmətə çağrılıb, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb, hərbidən təxris edilsəm də, indiyə qədər mənə nə Qarabağ müharibəsi əlili və yaxud da müharibə veteranı statusu verilmir.
18.10.1993-cü il tarixdə Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışam. “N” saylı hərbi hissədə 18 gün qulluq etdikdən sonra digər hərbi hissəyə keçirilib döyüşlərə qatıldım. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşdum. Döyüş yollarım Fizuli, Murovda olub.
16.mart 1994-cü il tarixdə başımdan aldığım güllə yarasına görə Gəncədə yerləşən Hospitala gətirildim. 2-aylıq müalicədən sonra hərbiyə yararsız kimi təxris edildim. Bütün qanunu sənədlərimin olmasına və döyüş yoldaşlarımın bunu təsdiq etmələrinə baxmayaraq indiyə qədər əlillik və yaxud veteran statusu ala bilmirəm.
Müdafiə Nazirliyinə və digər orqanlara etdiyim müraciətlərə başdansovdu, yalan cavablar verilir. İstənilən rüşvəti versəm, mənə ya Qarabağ müharibəsi əlili, ya da veteranı statusu verilər. Ancaq himayəmdə olan 3-azyaşlı uşaqlarımı güclə dolandırıram. Maddi imkanım yoxdur. Torpaqlarımızın azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram.
Mətbuat vasitəsi ilə Ali baş komandan Prezident cənab İlham Əliyevə, Müdafiə naziri cənab Zakir Həsənova və Şəxsi Heyət Baş İdarəsinin rəisi cənab Kərim Vəliyevə müraciət edib xahiş edirəm, mənim Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib yaralanıb hərbidən təxris edildiyimi nəzərə alıb qanunu statusla təmin olunmağıma köməklik göstərəsiniz”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər