Azərbaycanda pendir-çörəyə görə yas mərasimini dağıtmaq istəyirlər
6-09-2014, 11:50
Oxunub: 3 312
Bələdiyyə sədri isə əraziyə polis çağırıb
Bu barədə jurnalist Aynur Elgünəş məlumat verib. Onun bildirdiyinə görə, Şəmkir rayon Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimlərinin birində insident yaşanıb. Belə ki, yas mərasimində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dağıtmaq istəyir. "Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə pendir, çörək, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlib. Hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir edir. Kənddən çıxaracağı ilə hədələyir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlının açıqlamasını xatırladıram. O, bildirib ki, yas mərasimlərində israfçılığa yol verilməməlidir. Amma deməyib ki, pendir, çörəyi də yığışdırmaq lazımdır. O, bildirib ki, yas mərasimlərində israfçılığa yol verməmək tövsiyyə xarakterlidir. Bələdiyyə sədri isə bildirir ki, mən Mübarizi tanımıram. Ev sahibləri deyir ki, uzaq bölgələrdən gələn qonaqlarımız var. Heç olmasa onlara çay verək. Bələdiyyə sədri isə əraziyə polis çağırıb. Mollanı da yas mərasiminə buraxmırlar. Deyirlər molla 1000 manat cərimə ediləcək."
Jurnalistin az öncə verdiyi məlumata görə isə rəhmətə gedən Müsavat partiyasının Şəmkir rayon şöbəsinin sədridir.
bizimyol.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər