Xırdalanda binada güclü partlayış baş verib-FOTO
8-09-2014, 09:40
Oxunub: 2 830
Dağıntılar altında qalanlar var
Əməkdaşımızın verdiyi xəbərə görə, Abşeron rayonunun inzibati mrkəzi olan Xırdalan şəhərində tikintisi başa çatmamış bimada ba verən partlayışdan sonra əmələ gəlmiş dağıntıların altında qalan bir neçə nəfərin xilas edilməsi işləri FHN-in xilasediciləri tərəfindən davam etdirilir. Hələlik yaralı və ölü halda tapılanlar yoxdur.
***
Musavat.comun hadisə yerində olan əməkdaşı Röya Rəfiyevanın verdiyi xəbərə görə, əsasən məcburi köçkünlərin məskunlaşdığı daş binada baş verən partlayışdan sonra əmələ gələn dağıntıların altında hələ də 5 nəfərin qaldığı, onlardan ikisinin uşaq olduğu bildirilir. Onların xilas edilməsi üçün tədbirlər görülür. Dağıntının miqyası böyükdür. Hər tərəfə məişət avadanlıqları səpələnib.
Daha bir əməkdaşımızın verdiyi xəbərə görə, partlayış zamanı yaralananların paytaxtdakı xəstəxanalara çatdırılmasında problem yaranıb. Belə ki, beynəlxalq avtovağzalın yanında yaranan ənənəvi tıxac təcili yardım maşınlarının sərbəst hərəkətinə mane olur. Sirena siqnalları ilə özlərinə yol açmaq istəyən təcili yarım maşınları yolda ilişib qalır, tıxacdan adi maşınlar kimi çıxa bilirlər.
***
Hadisə ilə bağlı Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Nazirlikdənverilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
* * *
Azərbaycanda binada partlayış olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər