Mübariz Qurbanlıdan Eldar Əzizova sərt təpki
9-09-2014, 13:10
Oxunub: 3 736
"Heç kimin bu mərasimlərə müdaxilə etməyə ixtiyarı yoxdur”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər bəzi rayonlarda keçirilən yas mərasimlərinə polis və bələdiyyə tərəfindən müdaxilə olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, aparılan araşdırma nəticəsində qeyd olunan məlumatlar təsdiqini tapmayıb. Komitə sədri qeyd edib ki, bu məlumatlar doğru deyil və Azərbaycanın heç bir bölgəsində yas mərasimlərini bu kimi müdaxilədən söhbət gedə bilməz: "Bizim regionlarda da bölmələrimiz var və biz bunu eşidən kimi dərhal araşdırmaya başladıq. Məlum oldu ki, bu, bəzi sensasiya axtarışına çıxan media vasitələrinin uydurmasından başqa bir şey deyil”.
M. Qurbanlı qeyd edib ki, yas mərasimləri adət-ənənələrdən irəli gələn haldır və bununla bağlı ancaq tövsiyə, təbliğat xarakterli iş aparılır: "Heç kimin bu mərasimlərə müdaxilə etməyə ixtiyarı yoxdur”.
Qeyd edək ki, Sumqayıtın icra başçısı yas mərasimlərinə qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı qərarlar alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər