“Oazis”ə görə restoranlarda sərt qərar – Video
10-09-2014, 09:40
Oxunub: 4 861
Bakıda “Oazis” restoranında kütləvi dava digər şadlıq evlərinin, restoranların, ailəvi istirahət mərkəzlərinin fəaliyyətinə ciddi şəkildə təsir edib.
Bolgexeber.com xəbər verir ki,axar.az-ın əməkdaşının verdiyi məlumata görə, məlum hadisədən sonra restoranlarda mühafizə xidməti gücləndirilib. Restoranların rəhbərləri işə əlavə mühafizəçilər cəlb edib, mühafizə polisi saxlanır, nəzarət sərtləşdirilib. Məlumatda deyilir ki, şəhərin bir çox adlı-sanlı restoranlarında mühafizəçilər “dörd gözlə” çalışırlar. Obyekt sahiblərinə xəbərdarlıq olunub ki, diqqətli olsunlar, növbəti belə xəta ağır cəza ilə nəticələnəcək.
Müştərilərə qarşı həssas davranmaq, onların sifarişlərini vaxtında çatdırmaq və ünsiyyətdə daha etik olmaq əmr olunub.
Xatırladaq ki, “Oazis”də baş verən kütləvi dava nəticəsində həm müştəri, həm də xidmət personalı tərəfindən ciddi xəsarət alanlar olub. Qarşıdurmada bıçaqlananlar və həbs edilənlər var.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər