Restoran sahibi reklamı görünmədiyi üçün ağacı kəsdirdi
10-09-2014, 14:50
Oxunub: 3 623
Kəsilmiş ağac qoz ağacıdırsa, 1 kubmetr üçün cərimə 178 manat, palıddırsa 80 manatdır
Şəkildə gördüyünüz bu ağac "Dədə" restoranının qarşısında olduğu üçün kəsilib. FaktXəbər-in verdiyi məlumata görə, hadisənin şahidləri bunu iddi edirlər. Redaksiyaya müraciət edən Nail Mahmudovun sözlərinə görə, bir gün əvvəl bu ağac sağlam idi:
"Lakin indi onu guya ki, çürümüşdü adı ilə kəsiblər. Əslində isə, məqsədləri restoranın qarşısını açmaq olub. Ağac pərli-budaqlı olduğundan, müəssisə gözə görünmürdü. Restoran sahibi də bu yola əl atıb".
Qeyd edək ki, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində DƏDƏ restaranının qarşısında olub.
Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələni diqqətdə saxlayar.
Qeyd edək ki, qanunsuz ağac kəsmə hallarına qarşı tədbirlər cərimələr və cinayət məsuliyyətinə cəlb edir. Cərimənin məbləği 400 manatı ötürsə, meşə mühafizəsini həyata keçirən orqan cinayət işi açılmaq üçün hüquq-mühafizə orqanına müraciət edir.
Dünyada qəbul olunmuş qaydaya görə, cərimə kəsilən ağacın sayına görə yox, həcmə görə müəyyən edilir. Ağacın cinsindən, diametrindən və hansı kateqoriyaya aid olmasından asılı olaraq cərimə müəyyən edilir. Məsələn, 1 kubmetr odunun cəriməsi 5 manat 18 qəpikdir. Amma içlik üçün kəsilmiş ağacların 1 kubmetrinin qiyməti yüksəkdir. Məsələn, kəsilmiş ağac qoz ağacıdırsa, 1 kubmetr üçün cərimə 178 manat, palıddırsa 80 manatdır.
ETSN iki ildir daha bir cərimə sistemi tətbiq edir. Bir ədəd ağac kəsməyə görə inzibati xəta olaraq 800 manat cərimə tətbiq olunur. Hər kəs ağac kəsərkən ilk növbədə təbiəti məhv etməklə özünə, gələcək nəsillərə zərbə vurduğunu nəzərə almalı, ikincisi isə yüksək məbləğdə cərimələrə, hətta cinayət məsuliyyətinə cəlb olunacağını göz önünə almalıdır.
FaktXəbər olaraq bildiririr ki, məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər