Nərimanovun icra başçısı Həştərxanın qubernatoru ilə görüşüb
10-09-2014, 16:35
Oxunub: 3 534
Görüşdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır
Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinin Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 10-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşü baş tutmuşdur.
Bolgexeber.com xəbər verir ki, görüşdə Rusiya Federasiyasının Həştərxan vilayəti və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, artıq həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Rəsmi görüşdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, xalqlarımız arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd etmişdir. A.Jilkin xüsusilə vurğulamışdır ki, Azərbaycan ilə Rusiya Fedrsiyasiyası arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Qubernator həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilmişdir. Belə ki, Həştərxanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 saylı orta məktəbin rekonstruksiyası və yeni korpusunun tikilməsi, Ümummilli liderin abidəsinin onun adını daşıyan parkda ucaldılması, Heydər Əliyev parkı ilə I Pyotrun abidə kompleksini birləşdirən “Rusiya və Azərbaycan Dostluğu” piyada keçid körpüsünün açılması, “Meçta” uşaq əyləncə şəhərciyinin salınması, Knyaz Vladimirin abidəsinin ucaldılması və digər layihələr iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən amillərdəndir. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulamışdır. A.Fərzəliyev vurğulamışdır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında ikitərəfli münasibətlər möhkəmlənməkdədir və Həştərxan vilayəti bu sırada xüsusi yer tutur.
Görüşdə həmçinin Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən yeni 120 yerlik uşaq bağçasının inşasının ən müasir avadanlıqlarla təchiz edilərək yekunlaşmaq üzrə olduğu, 1,5 hektar ətraf ərazisində yaşıllıqların salınması, dekorativ bəzək və gül kollarının əkilməsi və cari ilin sentyabr ayının sonunda açılışının planlaşdırılması qeyd olunmuş və bununla bağlı məsələlər müzakirə olunmuşdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər