Azərbaycanlı meri öldürən silah aşkarlanıb-FOTO
11-09-2014, 09:25
Oxunub: 3 059
Onun atası əslən Gəncə şəhərindən olub
Ukraynanın Poltava bölgəsinin Kremençuq şəhərinin Azərbaycan əsilli meri Oleq Babayevi güllələyərkən istifadə olunan silah Kremençuq rayonunun Rakitne kəndində aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Poltava şöbəsindən xəbər verirlər. Poltava milisinin xəbərinə görə, silahın gizlədildiyi yeri, sifarişli qətldə vasitəçilikdə şübhəli bilinənlərdən biri deyib.
Hazırda işlə bağlı istintaq və ekspert araşdırmaları davam edir. Xatırladaq ki, DİN Oleq Babayevin qətlinin sifarişçisindən əlavə 4 şübhəli saxlayıb. Onun qətli “Bir qrup şəxsə sifariş olunan, qəsdən adam öldürmə” maddəsi ilə araşdırılır.
Xəbər verdiyimiz kimi, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.
O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub.
O.Babayevin idman kariyerası da olub. O cüdo üzrə idman ustası, 2003-cü ilin oktyabrından "Kremen", 2005-ci ilin aprelindən isə "Vorskla" futbol klublarının prezidenti idi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər