Cəlilabadda toydan sonra qısqanclıq üstündə adam öldürdülər
11-09-2014, 10:15
Oxunub: 4 241
“Evə çağıran kimi onu bıçaqlayıblar. Heç kimi də evə buraxmayıblar ki, qoy ölsün”
Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 10-da Cəlilabad rayonunun Maşlıq kəndində Elman Həsənov evində qısqanclıq zəminində qonşusu Həbib Şahbazova bıçaqla xəsarət yetirib.
Bıçaqlanan H.Şahbazov hadisə yerində ölüb.
Cəlilabad polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov tutulub.Qeyd edək ki, hadisə baş verməmişdən bir neçə saat əvvəl Həbib avtomobilinə minərək Elmanla birlikdə kənddəki toy məclisinə yollanıblar.
Axşam saatlarında evə qayıdan Həbibin mobil telefonuna Elman zəng vurub. Elman onu evlərinə çağırıb. Elə hər şey də bundan sonra baş verib.
“Evə çağıran kimi onu bıçaqlayıblar. Heç kimi də evə buraxmayıblar ki, qoy ölsün”, — deyə mərhumun əmisi Xeyrulla Şahbazov bildirib
Hadisə yerinə bıçaqlanan şəxsin bacısı, eləcə də, digər qohumları gəldikdən sonra onu hadisə yerindən götürmək mükün olub. Həbib xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Cəlilabad rayon Prakurorluğunda Cinayət Məcəllsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, istintaq davam edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər