MTK-nın vəzifəli şəxsləri ifşa edildi: 41 milyonluq dələduzluq
11-09-2014, 12:05
Oxunub: 3 202
Bir mənzil bir neçə nəfərə satılıbmış
“Oba” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Qazax rayon sakininin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bolgexeber.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı “Oba” MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, paytaxtın Bİnəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq, faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 min 500 ABŞ dolları və 3 min 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirmələrində, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) və maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər