Kürdəmirin Atakişili kəndində səyyar qəbul olub
11-09-2014, 17:20
Oxunub: 3 740
Səyyar qəbulda iştirak edən kənd sakinləri İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər
Bütün tədbirləri görmək, mövcud imkan və vasitələrdən maksimum səmərəli istifadə etmək lazımdır ki, insanların rahatlığı təmin olunsun ,onların rifah halı durmadan yüksəlsin. Bu məsələ ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində ən öndə duran hədəflərdən biridir. Rayon İcra Hakimiyyəti Başçısının sentyabrın 11-də rayonun Atakişili kəndində keçirdiyi səyyar qəbul da məhz bu xeyirxah məqsədə xidmər edirdi. Atakişili kənd inzibati ərazi dairəsinə daxil olan Atakişili və Şıxımlı kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət Mikayılov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışmış, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırmışdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri-ziyalı Məhəmmədəli Rəsulov, Əmək veteranı Sevil Osmanova, təqaüdçü Sovqat Mehdiyev və digərləri çıxış edərək son aylarda rayonumuzda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və əldə edilmiş nəaliyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılmış, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verilmiş, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etmişlər.
Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kənd sakinlərini diqqətlə dinlədikdən sonra bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən əhali ilə yerlərdə görüşüb onların problemləri ilə yerindəcə maraqlanır və tədbirlər görürük. Biz ilk növbədə yerlərdə keçirdiyimiz qəbullar zamanı qaldırılan təkliflərin qısa zaman kəsiyində həllinə çalışırıq. Bizim başlıca məqsədimiz dövlət başçımız cənab İlham Əliyev tərəfindən irəli sürülmüş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının yerlərdə uğurla həyat keçirilməsinə yaxından və fəal köməklik göstərməkdən ibarətdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər