Göygöl sakini telefonla bacısına mesaj yazan şəxsi bıçaqlayıb
12-09-2014, 11:05
Oxunub: 3 199
Göygöldə bıçaqlanma hadisəsi baş verib
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Göygöl rayon Çaykənd kənd sakini, 1992-ci il təvəllüdlü Şahbaz Mərdanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal əməliyyat edilən 22 yaşlı gənc reanimasiya şöbəsinə yerləşdirilib.Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Ş. Mərdanovu bıçaqlayan şəxs, onun həmkəndlisi, 1993-cü il təvəllüdlü Əli Ağababayev saxlanılıb. Məlumata görə, hadisə mesaj üstündə baş verib. Əli Ağababayev bacısının telefonuna gələn mesajın Şahbaz Mərdanov tərəfindən göndərildiyini öyrənib və bıçağa əl atıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər