BolgeXeber.Com » Gündəm » Rusiyaya iqtisadiyyatını çökdürəcək növbəti sanksiyalar qəbul edildi - SİYAHI
Rusiyaya iqtisadiyyatını çökdürəcək növbəti sanksiyalar qəbul edildi - SİYAHI
12-09-2014, 12:40
Oxunub: 2 804
Jirinovski daha Avropaya səfər edə bilməyəcək.
Bu gün Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi növbəti sanksiyalar qüvvəyə minib.
“112 Ukraina” telekanalının verdiyi məlumata görə, sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.
Aİ Rusiyanın əsas yanacaq-energetika şirkətləri – “Rosneft”, “Transneft” və “Qazpromneft”in, eləcə də üç iri hərbi konsern - “Uralvaqonzavod”, “Oboronprom” və Vahid Aviatikinti Korporasiyasının (OAK) Avropanın maliyyə bazarlarına çıxışını qadağan edib. Bundan başqa, sanksiya siyahısına “Sirius” konserni, “Stankoinstrument”, “Ximkompozit”, “Kalaşnikov” konserni, Tula Silah Zavodu, “Texnoloqii maşinostroyeniya”, “Vısokotiçnıye kompleksı”, “Almaz-Antey” konserni və “Bazalt” müəssisəsi də daxildir. Bu şirkətlərə ikili təyinatlı texnologiyaların satışına qadağa qoyulub.
Fiziki şəxslərdən ibarət “qara siyahı”ya isə daha 24 nəfərin adları əlavə olunub. Siyahıya Rusiyanın “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov, Liberal Demokrat Partiyasının lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski, Dövlət Dumasının sədr müavinləri Vladimir Vasilyev, İvan Melnikov, İqor Lebedev, Nikolay Leviçev, Krım Respublikasının Rusiya prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov, Krım baş nazirinin müavini Mixail Şeremet, Rusiya Federasiya Şurasının sədr müavini Yuri Vorobyov, Rusiya Kazak Qoşunları İttifaqının ali atamanı, Dövlət Dumasının deputatı Viktor Vodolatski, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Leonid Kalaşnikov, Dövlət Dumasının deputatları Vladimir Nikitin, Oleq Lebedev, Svetlana Jurova, Aleksandr Babakov, 76-cı Çerniqov (Pskov) diviziyasının komandiri, general-mayor Aleksey Naumets, eləcə də Ukraynanın şərqindəki separatçıların bir sıra rəhbərləri daxil edilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes