BolgeXeber.Com » Gündəm » Suraxanı rayonundan və “Azərsu”dan şikayət var

Suraxanı rayonundan və “Azərsu”dan şikayət var

12-09-2014, 16:40
Oxunub: 4 903 Hövsan qəsəbəsinin sakinləri su üzünə həsrət qalıb

Hövsan qəsəbəsi Dənizkənarı küçəsinin sakinləri dəniz kənarında yaşasalar da susuzluqdan əziyyət çəkirlər. Bu küçədə yaşayan sakinlərin evlərinə içməli su xətləri çəkilməyib. Yay günü İmamhüseyn müsibətini yaşayan şikayətçilər deyir ki, susuzluqdan həyətlərdəki ağaclar da quruyub. İçməli su xətti çəkilmədiyindən sakinlər quyu suyundan istifadə edirlər. Amma bu da içmək və məişət işlərində istifadə üçün yararlı deyil. Buna görə də sakinlər ayda 30-40 manat suya pul xərcləməli olurlar.
Şikayətçi Feyzulla Aslanovun sözlərinə görə, sözügedən küçədə 12 evdən başqa bütün evlərə su xətləri çəkilib.
Sakinlər deyir ki, problemlə bağlı ərazidəki Su İdarəsinə də müraciət ediblər. Amma bunun heç bir nəticəsi olmayıb. Biz də bu məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, Hövsan qəsəbəsində birinci mərhələdə 5 və 9 mərtəbəli binalara su xətti çəkilib və hazırda həmin sakinlər fasiləsiz su ilə təmin olunur. İkinci mərhələdə isə yəni həyət evlərinə su xətlərinin çəkilişi həyata keçirilir. İşlər layihə üzrə görülür və həmin evlərə də su xətti çəkiləcək. (ANS)