Mesaja görə bıçaqlanan gəncin anası danışdı- Video
13-09-2014, 01:15
Oxunub: 3 342
Göygöldə gənc oğlan bacısının telefonuna SMS göndərən həmkəndlisini bıçaqlayıb
Bolgexeber.com ans-ə istinadən xəbər verir ki, Göygölün Çaykənd kəndində mobil telefona gələn SMS-ə görə gənc oğlan bıçağa əl atıb. Göygöl Rayon Polis Şöbəsindən verilən məlumata görə, kənd sakini 21 yaşlı Əli Ağababayev bacısına yazdığı mesajla bağlı həmkəndlisi 22 yaşlı Şahbaz Mərdanovla görüşərək mübahisə edib. Mübahisənin sonunda isə ona üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.
Yaralını Gəncədəki Təcili Tibbi Yardım Xəstəxanasına çatdırmaq mümkün olub. O, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralı Şahbazın anası da gənclərin mübahisəsinə onun oğlunun sevdiyi xanıma, yəni Əlinin bacısına yazdığı sevgi mesajının səbəb olmasını təsdiqləyir.
Polis hadisəni törətməkdə şübhəli bilinən Əli Ağababayevi saxlayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər