BolgeXeber.Com » Gündəm » Xırdalandakı partlayışda xəsarət almış Vidadi İsmayılov dünyasını dəyişdi

Xırdalandakı partlayışda xəsarət almış Vidadi İsmayılov dünyasını dəyişdi

13-09-2014, 09:55
Oxunub: 3 025 Xırdalanda baş vermiş partlayış nəticəsində xəsarət almış Vidadi İsmayılov bu gecə dünyasını dəyişib

Bu barədə Respublika Yanıq Mərkəzindən baş həkimi Vüqar Ələkbərov məlumat verib.

“Onun bədəninin 90%-ı yanmışdı. Ağciyərləri də yandığı üçün iki gündür tənəffüs problemləri var idi” .

Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfər isə ölmüşdü.

V. İsmayılov “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.